07.06.2011

Anten küçə

Güneydən səslər


Fərzad Leysi


                 Sayman Aruza


Anten küçədə
 

Sekstel küçədə 
Kefli koridorlar
Kimliksiz uşaqlar 
Siz 
Bütün anları yaşar
Qara geyilsə qara günlərə 
Bütün anlardan
Çəkilsə fişi fərzad leysi - nin
Siz
Bütün anları yaşar
Qulağa girən qulağa girər 
Qaçağı gedər bu şəhər bizdən pasportsuz 
Kefli birisilə dəyişik düşərsə bizlər 
Bütün karikatoristlər teroristləşsə 
Rəssamlar bizi çəksə dara 
Düşərsə quyuya yaşıl geyimlərə bayılmalar 
Barışmağa küsmələrimiz küsərsə bizdən 
Küçə başını kəsmələr
Balkondan dolarsa marketlərə votkalar 
Boşalsa cibimizdən şüşələri sındırmağa paralar 
Bizə özləm qalarsa küçələr 
Vurğunlanarsa qapılar 
Bitərsə burnumuzdan gəlmələr 
Bir həftəlik göylümüzə düşməsə duşmanlarımız 
Ağzımızdakı yoncalar saxlayar bizi 
Novdandan aslansa anlarımız 
Şəhərin nərdələrinə dolaşan usyanımız 
Özünü körpüdən atsa qan qussa qənovlarımız 
Bütün günlərimiz cumalaşmağa boşlansa 
Boşanar yerikçi dərdlərimiz 
Lirikçi babam kələli babanın biri olsa 
Əzrayil yataq salsa küçəmizə 
Sofılıq etsə səfilliyimiz 
Dinçilər kominisliyə vurğunlansa 
Biz yanar küçələrdə dinsizliyə 
Gözlədiyimiz çeqvara bulvarda 
Bürünsə çarşaba dul ayaqlar dul başmaqlar 
Bürünsə çarşaba özünü körpüdən atmaqlar 
dünənimi karikator çəkir  Vilçerli
Vilçersiz bugünümü 
Bütün günlərimiz cumalaşmağa boşlansa 
Qalar bizə ayaqyalınlıqlar 
Şeir koleksiyonuma aftaha gətirmələr 
Parkın toveletinə çatarsa rəşt iyisi gəlmələr 
Qeyrətimizdən qışqırar uşaqlar qışqırar qadınlar 
Tək qalar sansorlanmış sevişmələr 
Bazar yetimi vızqıdar 
Aranı cırar dalcıran 
Bu küçə xan küçə 
Bu ev basar xan 
O ev asar xan 
Məni oğurlayır ağ arvatlar 
Yaş gizlədir gözü yaşlılar 
Kefli birisilə dəyişik düşər bizlər 
Pıçaqlanar polisi günlər 
Bazar yetimlə dolar 
Odkolon qoxusuna vırılmalar başlar 
Gorxu döyüntüsü çoxalmada 
Saqqız oğurlayan qız 
Doldurdu dolumu boşuna verdim yalnızlığı 
Kimliksiz uşaqlar küçələr qaldı yetim 
Utanc döyüntüsü hamama getdi tərimdən 
Doslar tutuldu tutulduq 
Dumanlı gecədə ərə getdi qız sevən mən 
Şəhərin vəhşisindən gurtuldu əhlisi yox 
Qulağa girən qulağa girdi 
Küçələr eşqirək tutmadan tutuldu anamıın gözəlri 
Əlimizdəki fanıs düşdü yas kongerəsinə.

Комментариев нет:

Отправить комментарий