03.06.2011

Bakıda PKK-çı yuvası

Türkiyədən gəlmə kürd kökənli tələbələr Azərbaycan gənclərini Kürd Evi Birliyi adı altında təşkilatlandırır

Hər zaman Azərbaycanda süni olaraq etnik müstəvidə problemlər yaratmağa çalışıblar. Bu əsnada fəal olanları isə təbii ki, Azərbaycanı sevməyən, Azərbaycanın ərazi bütünlüyünə həqarətlə yanaşan iç və kənar qüvvələrdir. Ölkəmiz müstəqilləşəndən bəri həmin qüvvələr Azərbaycan dövləti üçün etnik zəminli problemlər yaratmaqdadırlar. Təbii ki, bu problemlərin süni şəkildə MAYALANDIRILMASI onun gerçəkdən də Azərbaycanımız üçün başağrısına çevrilməsini əngəlləyib.
Amma bu hər zaman belə olmayacaq. Artıq bunun ilkin siamptomları da görükməkdədir. Son günlər həm mətbuatda və həm də internetdəki sosial şəbəkələrdə Azərbaycan dövlətini hədəfə götürən etnik separatizm təbliğatı daha da intensiv xarakter almaqdadır.
"Davam" redaksiyasına daxil olan məlumata görə, bu gün Azərbaycanda yaşayan Türkiyədən olan kürd əsilli tələbələr əsasən Tibb Universitetinin yataqxanalarında Azərbaycan vətəndaşlarının cəlb edilməsi üçün Azərbaycan Kürd Evləri Birliyi yaradıblar: "Bu işdə əsas məqsəd Azərbaycanın Qarabağ bölgəsindən qaçqın düşən əhalinin kürdləşdirilməsinə dəstək verməkdən və onların kürd kimliyi altında təşkilatlandırmaqdan ibarətdir. Və bu iş üçün Türkiyənin PKK-çı maliyyə qaynaqlarından külli miqdarda vəsait cəlb edilib".
Apardığımız araşdırmalar nəticəsində müəyyən edə bildik ki,həqiqətən də AMİ-yə aid tələbə yataqxanalarında Azərbaycandan olan tələbələr üçün kurslar təşkil olunub və həmin kurslarda kürd dili öyrədilməklə yanaşı, Azərbaycan və Türkiyə dövlətlərinin əleyhinə təbliğatlar da aparılır. Bu məsələ ilə bağlı redaksiyamızın əməkdaşlarının biri ilə söhbətində həmin "kurslarda" iştirak etmiş tələbələrdən biri bildirdi ki, onlara Türkiyədən gələn kürd tələbələr başçılıq edirdi: "Mən qorxdum və uzaqlaşdım. Düzdür, pul problemi yox idi. Nə qədər pul istəyirsənsə, təşkil edirlər. Ayrıca olaraq sənə iş yeri də düzəldirlər. Amma elədikləri söhbətin altından çıxmaq olmaz. Türkiyədəki terrordan, İraqdakı dağ döyüşlərindən danışırdılar. Hətta azərbaycanlı uşaqlardan birini İraqa göndərməyə də hazırlaşırdılar".
Təbii ki, bu fakt Azərbaycanın çox ciddi təhlükələrlə üz-üzə qalmasından xəbər verir.
Onu da xatırladaq ki, buna qədər də Azərbaycan vətəndaşlarının təsir altında PKK-çılara qoşularaq qardaş Türkiyə dövlətinə qarşı vuruşması haqda məlumatlar dəfələrlə yerli mətbuatda yayılıb. Və ən acınacaqlısı da odur ki, hələ də maraqlı qüvvələr Azərbaycan vətəndaşlarını öz təsirləri altına salaraq, maddi imkansızlıqlarından istifadə edərək onları hətta terrorçuya belə çevirməyi bacarırlar. Nə yazıq ki, Azərbaycan dövlətinin müvafiq güc strukturları da bu faktlara göz yummaqdadırlar.
Əgər belə olmasaydı, nəinki yuxarıda vurğuladığımız məqamlar cərəyan etməzdi, "Diplomat" adlı terrorçu məcmuənin başçısı Tahir Süleyman kimiləri də ortaya çıxıb Azərbaycan dövlətindən absurd Kürdüstanla rəsmi əlaqələr qurmağı tələb edəcək cəsarəti ortaya qoya bilməzdi. Əgər bu gün Tahir Süleyman kimiləri açıqlığa çıxa bilirlərsə, demək, dövran onlarındır. Bu şərait isə Azərbaycan dövlətinin sütunları üçün ən böyük təhlükədir.
Onu da bildirək ki, sözügedən olayla bağlı təhsil nazirliyinin susqunluğu heç bir zaman anlaşılan olmayıb. Ən azından o səbəbə görə ki, bütün bu baş verənlər TN-nin balansında olan tələbə yataqxanalarında yaşanılır.



       Anar Həsənli                       "Davam" qəzeti

Комментариев нет:

Отправить комментарий