21.06.2011

DAR (1)

uca bir dar başında kimsəsiz görcək qadın qaşı ,
ona quraan kimi qoşmuşdu şarki gözlərim yaşı .

ölüm sanki su içməkdir qalım sevdasına hər an ,
bağımsız varına varmaqdan ötrü pay verir başı .

okulsuz hey çapırdım dörd-nala uzmanı tək aşqın ,
dərin öyrəndiyim anlar başa düşdüm mənəm naşı .

dedim quşda uça bilməz yaralı bir qanad ilə ,
dedi susma zəfərdir bu durum öyrənci sırdaşı .

ömür kərdim maraqsızdır deyə seyrə çıxan azdır ,
odur olmuş mənə dərman tükənməz ağrı xaşxaşı .

məni özləm yemi qılmış qara gün ellərə yazğım ,
öc almaq çün doğubdur o , kütəlməz bu qarandaşı 




DİVAN-İ ƏRĞƏVAN, DAR - M. Ərğəvan
08 Dekabr 2010 

Комментариев нет:

Отправить комментарий