21.06.2011

Sevgi nədir?


Tural Balabəyli

“Sevgi azad quşdu, kimə və harda qonacağı bəlli deyil”, bu ifadəni məşhur bir kitabdan oxumuşdum.
Sevgi nədir?
Sevgi-Yaşanmayacaq qədər gözəl, dərk edilməyəcək qədər sadə, doyulmayacaq qədər doyulmaz duyğudur...
Sevgi-Çiçəklər sinfindən bir bitkidir; Onu gözəlləşdirən sadəce sevgidir...
Sevgi-sabitdir.Qərarsız olan bizlərik. Sevgi güvənlik verir, insanlar xəyanət eder.Sevgiyə güvənilir, insanlara ƏSLA!!!
Sevgi-insana nə yuxarıdan gələn yüksək bir güc, nə də insanlara zorla qəbul etdirilən bir duyğudur...
Sevgi-ruhun gözəlliyidir.
Sevgi-peşmançılıq duymamaqdır. Çünki o anları istəyərək yaşamısan.
Sevgi-ölçüsüz sevməkdir...

Çox vaxt gənclər sevgini digər hisslərlə (əgər buna hiss demək mümkündürsə) qarışdırırlar, bu qəbildən insanlara nəinki gəncləri həmçinin daha yaşlı nəsili də aid etmək olar. Tez-tez müxtəlif fikirlərlə rastlaşırıq hansi ki, sevginin ayrılıqda nə olduğunu özündə əks etdirirlər. Biz isə çalışacağıq ki sevginin daha münasib, bizim fikrimizcə daha dəqiq təsvirini verək. Həyatda sevginin iki növü mövcuddur: ehtiyacdan doğan sevgi (çatışmazlıqdan doğan sevgi) və bəxşiş olunmuş sevgi (əsil sevgi).
Ehtiyac duyulan sevgi və ya çatışmazlıqdan doğan sevgi daha çox qarşı tərəfdən asılıdr, buna məcazi mənada yetişməmiş sevgi də demək olar. Həqiqətən də bu əsil sevgi deyil, sadəcə olaraq tələbdən irəli gəlir.
Siz qarşı tərəf üzərində hakimlik edir, bir sözlə ondan istifadə edirsiniz. Eyni hallar cütlər arasında qarşılıqlı olaraq davam edir.
Əgər siz kimdənsə istifadə edirisnizsə onda bunu sevgi adıandırmaq olmaz. Bu kimi hallar insana sevgi kimi görünür, əslində isə bunların hamısı saxtadır. Amma bu hadisə doxsan doqquz faiz insanın həyatında baş verir, çünki insan ilk sevgisinə uşaqlıq dövründə rast gəlir.
Məsələn uşaq dünyaya gəldikdə bir sözlə anasından asılı olur. Onun sevgisi çatışmazlıqdan irəli gəlir, çünki həmin an o, ana şəfqətinə ehtiyac duyur və onsuz yaşaya bilmir. Uşaq anasını sevir çünki ana onun həyatıdır. Amma əslində isə ortalıqda heç bir sevgi mövcud deyil. O, anasından nəinki həyatı üçün lazım olan südü eyni zamanda sevgini də əldə eləmişdir. Amma bu sevgi sadəcə olaraq tələbdən irəli gəlir.
Sonralar isə o, hər hansı bir qadını sevəcək, baxmayaraq ki, sevdiyi qadın heç vaxt ananın verdiklərini ona qaytara bilməyəcəkdir.
Sevgi isə öz növbəsində - təbii sərvətdir, varlıqdır, bolluqdur. Yəni sizin o qədər çox ömrünüz var ki, bilmirsiniz bu qədər ömrü tək necə yaşamaq olar və ona görə ömrünüzü başqa biri ilə bölüşürsünüz.
Sevdiyiniz zaman daxilinizdəki hisslər aşıb daşır...
Fərz edin ki, boş bir otaqda oturmusunuz, ancaq daxilinizdəki o hissləri artiq bədəniniz saxlaya bilmir, hissləriniz bütün otağa yayılır və həmin boş otağı sevginin xoş təravəti ilə doldurur, bütün bunları heç kim bilmir, heç kim görmür və daş divarlar belə sizə bu hisslər üçün heç bir minnətdarlıq nişanəsini əks etdirmir. Amma bu heçdə vacib deyil. Ən əsası odur ki, siz özünüzü həyatda hamıdan xoşbəxt hiss edirsiniz.

Bir sözlə sevgi...
Sevgi- insanın daxili təəsüratlarıdır. Sevgi- passiv bir yoldur, hansı ki, bu yolda insan istədiyi hər bir şeyə sərf etdiyi əmək nəticəsində nail olur və bundan xüsusi bir həzz alır. Bu yolun əsas məqsədi- insanın özündə əziz və sevimli bir insan tipinin formalaşdırmaqdır. Və bu yolda o sevdiyi insan üçün yeganə və əvəzedilməz bir şəxsiyyətə çevrilir.
Bütün dünya onun gözlərində günü gündən daha da genişlənir və gözəlləşir. Əgər onun üçün əvvəllər ancaq iki rəng, ağ və qara mövcud idisə də, artiq o, müxtəlif rəngləri daha parlaq və daha aydın şəkildə görməyə başlayır.
Əlbəttə ki, sevginin ən gözəl əsərlərindən biri uşaqdır, hansı ki, sevgini daha da möhkəmləndirir və ölümsüzləşdirir.
Bəzən biz sevgini digər hisslərlə, hansı ki, sevdiyi insan üzərində hegemonluq etmək və ona sahib olmaq hissləri ilə qarışdırırıq...Yəni, mən səni sevirəm dedikdən dərhal sonra, başqa bir səs tonu ilə artıq nəsə umuruq... Bəs sən məni...? Əlbəttə bu kimi hallarda əgər sevilən insan qarşılıqlı sözünü deməyə hazırdısa, və həmçinin azad sevgiyə üstünlük verirsə burda heç bir problem ortalığa çıxmayacaqdır və sözsüz sizin də tələbiniz ona təzyiq göstərmək olacaqdır. Məhz bu kimi hallar sevgidə qarşılıqlı əlaqələri çətinləşdirir və bu əlaqələri daha kobud bir formaya salır.
Hər şey gözəl davam edirdi, o cox diqqətli və qayğıkeş idi, onu güllər və hədiyyələrlə sevindirirdi, lakin sevdiyini etiraf etdikdən sonra artıq onun sevgidən gözlədiklərini yerinə yetirirdi: Məni öpərsənmi? və s. Bütün bunları sevgi adlandırmaq qeyri-mümükündür, bu sadəcə olaraq məcazi mənada insanı satın almaq və onun hissləri ilə oynamaqdır.
Bəs onda əsil sevən insanı digərlərindən necə ayırmaq olar. Bizə görə həqiqətən sevən insan o insandır ki, sevməyi bacarır və sevir, yəni xoşbəxt bir şəkildə sevdiyi insana qayğı göstərir, və bunun əvəzində heç bir mükafat və ya haqq gözləmir.
Biz hamımız Adəm və Həvvanın hekayətini bilirik: necə ki, Allah Həvvanı Adəmin bir parçasından yaratmış, nəticə etibarı ilə Həvva Adəmin ikinci bir yarısi olumuşdur. Bunu deməkdə məqsədimiz odur ki, məhz sevgi də elə buna bənzəyir. Yəni sevgi iki nəfərə məxsus olmalıdır, hər iki tərəfdə onun bir parçası yaşamalı və biri-birini tamamlamalıdır.

Комментариев нет:

Отправить комментарий