05.06.2011

"GƏNCLİK" METROSU TƏHLÜKƏ QARŞISINDA!

          Metronun üstündə aparılan qazıntı işləri stansiyanı ciddi şəkildə zədələyib



Artıq neçə aylarıdr ki, paytaxtın "Qələbə" meydanı adlandırılan metronun "Gənclik" stansiyasının ətrafında böyük qazıntı işləri aparılır. Aldığımız məlumata görə, bu ərazidə avtomobillərin keçidi üçün tunel və üçmərtəbəli maşın dayanacağı tikilir. Amma görünür tikinti və qazıntı işləri aparılarkən yerin altında metro stansiyası olduğu unudulub. Belə ki, dünən FaktXeber.com-un "Qaynar xətt"inə müraciət edən oxucularımızdan biri stansiyanın içinə su damdığını söylədi. O bildirdi ki, stansiyanın T.Bəhramov adına Respublika stadionu tərəfdən girişində perrona düşərkən pilləkanların üstünə vedrələr düzülüb və bu vedrələrə yuxarıdan su süzülür. Oxucumuz həmin vedrələrin şəklini də bizə göndərib.

Комментариев нет:

Отправить комментарий