17.06.2011

“Google Earth”də İsrail yoxdur




Bütün dünyada peyk görüntülərinin yer aldığı proqramda sadəcə bir ölkəyə aid görüntülər yer almayıb.

Bu ölkə isə İsraildir. Bunun səbəbi isə ABŞ Konqresinin 1997-ci ildə qəbul etdiyi qərardır. Qərara əsasən Israil ilə bağlı ətraflı peyk  məlumatlarını toplamaq və yayımlamaq qadağandır.  Sözügedən qanundakı bu maddə “Kyl-Bigaman” maddəsi kimi tanınır. Bir amerika firması olaraq “Google” də bu qanuna tabe olmaq məcburiyyətindədir. Şirkət İsrailə aid heç bir məlumatı peyk görüntülərində vermir.
 Habelə Qəzza ilə bağlı görüntülər də şirkət tərəfindən yayımanmır. Ancaq Türkiyə 2013-cü ildə fəaliyyətə başlayacaq “Göy Türk” peyk sistemində  İsraillə bağlı görüntüləri də verəcəyini açıqlamışdır. İsrail tərəfi isə bundan çox narahatdır.
/dunyabulteni/

Комментариев нет:

Отправить комментарий