08.06.2011

İMİŞLİ İCRA HAKİMİYYƏTİ SAKİNLƏRƏ TƏZYİQ EDİR

"Kür" Vətəndaş Cəmiyyəti Qərargahına ərizə vermiş İmişli rayon sakinlərinə rayonun İcra Hakimiyyəti tərəfindən təzyiqlər başlayıb



Bu Barədə FaktXeber.com-a qərargahın koordinatoru Oqtay Gülalıyev məlumat verib. Oqtay Gülalıyev bildirdi ki, icra nümayəndələri qərargah üzvləri ilə görüşən yerli sakinləri hədələyir, onlara cəmiyyətə verdikləri ərizələri geri götürməyi tələb edirlər: Onlar bildirirlər ki, təzyiqlər qərargah üzvləri rayonu tərk edəndən başlayıb. İcra nümayəndələrinin bu hərəkəti ilə bağlı bizim tərəfimizdən müvafiq addımlar atılacaq. O Gülalıyev deyib ki, məsələ ilə bağlı qərargah bəyanat yayacaq.

Qeyd edək ki, bir neçə gün öncə qərargahın üzvləri İmişli sakinləri ilə görüşüblər. Daşqınlardan əziyyət çəkən sakinlər acınacaqlı vəziyyətləri barədə məlumat veriblər. Görüşdə vətəndaşları narahat edən problemlər dinlənilib. Onların istəkləri və iştirakları ilə rayonun özündə və ətraf kəndlərdə evlərə, təsərrüfatlara baxış keçirilib. Evlərin hazırkı durumu fotolentə köçürülərək siyahıya alınıb.

Комментариев нет:

Отправить комментарий