17.06.2011

İran Prezidentinin oğlunun toyu olub


İran Prezidentinin oğlunun toyu olub
İran Prezidenti Mahmud Əhmədinejadın ikinci oğlu Əlirza Əhmədinejadın toy mərasimi keçirilib. Bu barədə Trend İranın shomalnews.com saytına istinadən məlumat verir.

Məlumata əsasən, toy mərasimi iyunun 16-da Həzrəti Əlinin (ə) mövludu günü bəzi dövlət rəsmilərinin iştirakı ilə İran Prezidentinin evində çox sadə şəkildə keçirilib. Mərasimdə süfrəyə yalnız meyvə, şirniyyat və şirələr qoyulub.

Məlumatda bildirilir ki, Əhmədinejad öz oğluna şəhid Mahmud Kavenin bacısı qızını alıb. Əhmədinejadın yeni qudası diş həkimidir.

Prezidentin birinci oğlu 2008-ci ildə İranın Turizm və Tarixi Əsərlər Komitəsinin sabiq sədri və Prezident Administrasiyasının şöbə müdiri İsfəndiyar Rəhim Məşainin qızı ilə ailə həyatı qurub. Əhmədinejadın 2 oğlu, 1 qızı var.

Комментариев нет:

Отправить комментарий