05.06.2011

İRAQDA XƏSTƏXANAYA HÜCUM: 17 ÖLÜ

                                  Terror aktında hədəf millətvəkili olub

İraqın paytaxtı Bağdadın şimalındakı Tikrit şəhərində bir məscidə hücumda yaralananların aparıldığı xəstəxanada təşkil edilən terror aksiyasında ölənlərin sayı 17-ə çatıb.
FaktXeber.com-un məlumatına görə, hücuma məruz qalan Tikrit Təhsil Xəstəxanasından verilən açıqlamada, xəstəxanaya təşkil edilən intihar hücumunda 17 adamın öldüyü, 40 nəfərin isə yaralandığı bildirilir. Hücumda yaralıları ziyarət edən Salahaddin vilayətindən millət vəkili olan Mitaşşar İlvinin hədəf alındığı və hücumun İlvinin xəstəxananı tərk etdikdən sonra həyata keçirildiyi söylənilir.

Комментариев нет:

Отправить комментарий