04.06.2011

Kann kinofestivalının qran-prisini türk rejisssor qazandı – FOTOLAR


Amerikalı rejissor Terrens Malikin “Həyat ağacı” filmi Kann festivalının “Qızıl palma ağacı” mükafatına layiq görülüb. Ekran əsərində əsas rolları Şon Penn və Bred Pit oynayırlar.
Festivalın qran-prisini türk rejissoru Nuri Bilgə Ceylanın “Bir dəfə Anadoluda” və  Dardenn qardaşlarının “Velisopeddəki oğlan” filmləri bölüşüblər.
Ən yaxşı qadın roluna görə mükafat Lars fon Trierin “Melanxoliya” filmindəki qəhrəmanı canlandıran Kirsten Dansta qismət olub. Ən yaxşı kişi rolu nominasiyasında isə Mişel Xazanavişusun “Artist” filmində əsas rolun ifaçısı – Jan Düjardan qalib gəlib.
Ən yaxşı rejissor işinə görə Danimarka rejissoru Nikolas Vindinq Refnin “Drayv” filmi fərqlənib. “Qızıl kamera” mükafatını rejissor Pablo Corcellinin “Akasiyalar”  filmi qazanıb.
Ən yaxşı ssenariyə görə Yosef Sedar (İsrail) “Qeyd” filmi (filoloji triller) mükafata layiq görülüb. Əsər ata və oğlunun iri mükafat uğrunda apardığı rəqabətdən bəhs edir.
Mayın 11-dən 22-dək keçirilən festivalin münasiflər heyətinin sədri Robert de Niro idi.

Комментариев нет:

Отправить комментарий