05.06.2011

ƏL-ƏRƏBİYƏ: "İSRAİL AZƏRBAYCANIN MÜTTƏFİQİDİR"

Azərbaycanda son illər yəhudilərə məxsus iki sinaqoqun inşa edilməsi və bundan əlavə İsrail rejimi isti əlaqələrin yaranması həm müsəlman ölkələrdə, həm də ölkəmizdə etirazla qarşılanır



FaktXeber.com-un "Əl-Ərəbiyə" kanalına istinadən verdiyi məlumata görə, Azərbaycanda son illər yəhudilərə məxsus iki sinaqoqun inşa edilməsi və bundan əlavə İsrail rejimi isti əlaqələrin yaranması həm müsəlman ölkələrdə, həm də ölkəmizdə etirazla qarşılanır. Sinaqoqların inşa olunduğu bir vaxtda Azərbaycanda məscidlərin sökülməsi, orta məktəblərdə hicablı şagirdlərin təhsil ocağına buraxılmaması və ən nəhayət dindarların kütləvi həbsi, İsrail-Azərbaycan əlaqələrinin möhkəmlənməsi kimi qiymətləndirilir.

Qeyd edək ki, bu günlərdə "Əl-Ərəbiyə" kanalının rəsmi internet saytına yerləşdirilən məlumatda, Bakıdakı “Aşkenazi yəhudiləri" icmasının rəhbəri Gennadi Zelmanoviçin çıxışı öz əksini tapıb. Yəhudi icmasının rəhbəri Azərbaycanla bağlı bildirib ki: "Azerbaycan antisemitizmin olmadığı bir ölkəyə çevrilib".

Məlumat üçün bildirək ki, Sovet impeiyası dağıldıqdan sonra 1991-ci ildən etibarən on minlərlə yəhudi Azərbaycandan İsrailə köç edib. Ölkədə hazırda ən azı 30 min yəhudi yaşayır. İsrail və Azərbaycan ölkələri neft, silah və hərbi sahədə əməkdaşlıq edir. İki ölkə arasında ticarətin həcmi keçən il 1,8 milyard ABŞ dolları olub.

Комментариев нет:

Отправить комментарий