05.06.2011

YAPONİYADAKI ZƏLZƏLƏ ÇİNƏ DƏRS OLDU


Çinin ekologiya nazirinin köməkçisi Li Gancie, Yaponiyadakı zəlzələdən sonra baş verən nüvə fəlakətdən dərs çıxardıqlarını bildirib



FaktXeber.com-un verdiyi məlumata görə, Çinin ekologiya nazirinin köməkçisi Li Gancie, Yaponiyadakı zəlzələdən sonra baş verən nüvə fəlakətdən dərs çıxardıqlarını vurğulayaraq, ölkədəki nüvə reaktorlarının və inşası davam edənlərin təhlükəsizliyini artıracaqlarını bildirib.
Li, Çinin nüvə obyektlərinin təhlükəsizlik planı çərçivəsində müasir təhlükəsizlik təftişləri apardıqlarını söyləyib.
Yaponiyadakı nüvə fəlakətinin cəmiyyətin təbii fəlakətlə əlaqədar məhdud bir anlayışa sahib olduğunu söyləyən Li, önləyici tədbirlərin alınması, xalqın nüvə təhlükəsizlik mövzusunda həssaslığı, beynəlxalq əməkdaşlıq və təcrübə mübadiləsinin vacibliyinə işarə edib.
Li, Fukişimanın bütün dünya ölkələrinin ayıltdığını vurğulayıb.

Комментариев нет:

Отправить комментарий