13.06.2011

Masonluq Azərbaycana gəldi


Mason lojasının rəhbəri yazar Həmid Herisçinin qardaşıdır


Türkiyə Azad və Qəbul Edilmiş Masonlar Böyük Lojasının dərgisində yaxın günlərdə Azərbaycan Böyük Mason Lojasının qurulacağını xəbər verilib.


Məqalədə lojanın qurucusu olmaq istəyən \"qardaşların” adlarını göstərən siyahı da dərc olunub. Dünyanın müxtəlif bölgələrdə loja quruculuğunu müntəzəm olaraq davam etdirən masonlar müstəqil Azərbaycan Böyük Lojasının qurulmasında üzərlərinə düşən vəzifəni böyük sevinc və fəxrlə tamamladıqlarını deyiblər.


Azərbaycanda masonluğun yolunda heç bir maneə qalmayıb


Dərgidə daha sonra qeyd edilir ki, Sovetlər Birliyi dönəmində yasaq olan masonluq Sovetlərin dağılmasından sonra da Azərbaycanda bəzi qanuni prosedurlara görə əngəllənirdi. Amma artıq Azərbaycanda mason lojalarının qurulmasına heç bir hüquqi maneyə yoxdur. “Tesviye”nin yazdıqlarına görə Azərbaycanda masonluğun yayılması istiqamətində ilk addım 2003-cü ildə atılıb. Belə ki, 14 iyun 2003-cü il tarixində Türkiyə Böyük Mason Lojasının toplantısında növbəti illərdə Azərbaycanda müstəqil Böyük Lojanın qurulması üçün fəaliyyət planının hazırlanması qərara alınıb. Bu məqsədlə hər birindən beş nəfər olmaqla İstanbul, Ankara, İzmir bölgələrində \"Yeni Ufuk\" adlı komissiya yaradılıb. Komissiya rəhbərinə əslən azərbaycanlı olan Behzat Rızvani gətirilib. Onun katibisə Ankarada yaşayan başqa bir azərbaycanlı - Əli Herisçi olur.
İlkin olaraq komissiya 2 avqust 2003 tarixində qurulacaq lojanın adının ‘”Xəzər”, şərti nömrəsinin 1000 olmasını, açılış mərasiminin 17 noyabr 2003-cü il tarixdə saat 19:00 keçirilməsini qərarlaşdırır. Lakin açıqlanmayan səbəblərə görə lojanın açılış mərasımı hu günlərədək yubanır. 



Həmid Herisçi: “Mən masonlara qarşıyam”


Azərbaycandakı mason lojasının təşkilində adı keçən Əli Herisçi vaxtı ilə «Space» TV-də “Gecə kanalı” verilişinin aparıcılarından olan yazıçı Həmid Herisçinin qardaşıdır. Yazıçıyla əlaqə saxlayıb məsələ ilə bağlı fikirlərini öyrəndik. Sonuncu dəfə iki il əvvəl qardaşıyla anasının hüzn mərasimində görüşdüyünü deyən Həmid bəy daha əvvəl qardaşında masonluqla əlaqəli bir şey sezmədiyini deyir. Qeyd edək ki, Əli Herisçi 90-cı ildən Türkiyədə yaşayır: “Onun mason olduğunu bu yaxınlarda internetdən öyrənmişəm, amma hələ bu barədə onunla söhbətləşməmişəm. Ümumiyyətlə  bir ildən çoxdur ki, Əli ilə mənim heç bir əlaqəm yoxdur. Onun bu məqama çatmasında böyük ehtimalla bizim herisçilərin xalçaçılıq ənənələri və nəslimizin Avropadakı əlaqələri rol oynayıb. Axı herisçilər 19-cu əsrin əvvəllərindən öz sənətləri ilə Avropa elitasının diqqətini çəkə bilmişdi. Bilidiyiniz kimi masonlar memarlıqla yaxın olublar, qardaşım da rəssam və dizayner olduğundan herisçilərin əlaqələrindən istifadə edərək mason olub». Hemid Herisçi  qardaşının seçiminə normal yanaşsa da o özü mason olmaq fikrində deyil: “Mən masonlara qarşı mübarizə aparan adamam. Sonuncu yazılarımı oxuyanlar bunu bilir. Görünür bu da bir taledir ki, qardaşım dünyanı gizli idarə edən qüvvələrə qarşı çıxmır, onlarla işləməyə üstünlük verdi”.
Sonda Əli Herisçinin rəsmi saytına istinadən qeyd edək ki, o, 1958-cu ildə Bakıda doğulub. Azərbaycan Dövlət İncəsənət Universitetinin məzunudur.  Beş il oxuduğu universitetdə təlim verdikdən sonra 1983-1988-ci illər arası dövlət və özəl qurumlarında layihəçi-rəssam olaraq çalışıb. 1992 ildən bu yana Türkiyənin Qazi Universitetində müəllim kimi fəaliyyət göstərir.


Natiq                                "Bizim yol", 16 -01 -2008

Комментариев нет:

Отправить комментарий