13.06.2011

Binnət Əsgər ağasını niyə şillələdi?

Kondisionerin olmadığı zamanlar…

YELLƏ, QADASI

Mən də düşüb zamanın
İşsizlik azarına
Başqa bir yol tapmayıb
Getdim qul bazarına.
Bir az dayanmışdım ki,
Yaxınlaşdı bir ağa
İş verəcəyəm deyə
Maşınıyla apardı
Dəbdəbəli bir bağa
Soyunub paltarını
Uzandı yelləncəyə,
Dedi ədalı dillə:
- Yellə, qadası, yellə.
Nitqim tutuldu sanki
Əməyə bax, əməyə
Pul alacağam deyə,
Başladım yelləməyə.
Xeyli yellədim onu
Lap yoruldu qollarım
Bu an düşdü yadıma
Mənim ömür yollarım.
Hərdən ağrı verirdi
Qəlbimə dəyən güllə.
Yenə həmin səs gəldi:
- Yellə, qadası, yellə.
Dözmədi əsəblərim,
Ağanın sifətinə
Yamadım bircə şillə,
Bir nərə çəkdi ağa,
Səsi yayıldı bağa,
Tutdu məni… nə isə,
Düz gətirdi polisə.
Rəis də heç baxmadan
Qarasına, ağına,
Saldı məni o gündən
Polisin öz bağına.
İndi yer belləyirəm
Burdan hər keçən polis
Sataşır acı dillə:
- Yelləmək istəmədin?..
Bellə qadası, bellə.

Комментариев нет:

Отправить комментарий