05.06.2011

MASONLUQ: ƏFSANƏLƏR HƏQİQƏTLƏR


    Məlum olduğu kimi masonluq müasir dövrdə bir çox ziyalının, jurnalistlərin, ədiblərin, tarixçilərin, yazıçı-publisistlərin ən çox maraq göstərdiyi, haqqında yazılar qələmə aldıqları mövzulardan biridir. Haqqında ən çox yazılan mövzulardan biri olmaqla yanaşı masonluq həm də haqqında ən müxtəlif fikir və qənaətlərin səsləndiyi mövzulardan biridir. Bəzilərinə görə masonluq gizli bir təşkilat, bəzilərinə görə bəşər tarixinə öz töhfələrini vermiş bir düşüncə tərzi, bəzilərinə görə isə təhlükəli bir şəbəkədir. Elə isə həqiqət nədir? Nədir masonluq?
    Bu məqalələr silsiləsində siz masonluğun tarixi, masonluğun yəhudiliklə əlaqəsi, orta əsrlərdə səlib yürüşlərindən başlayan məbəd cəngavərliyi, Avrapada masonluğun təqibi, mason təşkilatının gizlilik dövrü, inqilablar, dünyanın siyasi, iqtisadi və ictimai həyatına istiqamət verən masonik təşikalatlar, dünyada, Türkiyə və Rusiya kimi yaxın qonşu dövlətlərdə masonların fəaliyyəti və nəhayət Azərbaycan masonları haqqında bilmədiklərinizi oxuyacaqsınız. Beləliklə, MASONLUQ məqalələr silsiləsinə başlayırıq.

    Hiram Usta, Əfsanənin Qəhrəmanı
    Hiram usta hekayəsi yəhudilərin müqəddəs və mistik iudaizmin kitabı olan Kabalada nəql edilən hekayələrdən biridir. Süleyman peyğəmbər (e.ə. 965-926) yəhudi dini ədəbiyyatında, eləcə də tarixində mühüm yer tutan bir şəxsdir. Bunun səbəbi onun peyğəmbər olmaqla yanaşı həm də yəhudilərin krallarından biri olmasıdır. Süleyman peyğəmbərin yəhudi tarixində mühüm yer tutmasının bir səbəbi də bu gün yəhudilərin müqəddəs hesab etdikləri yerlərdən biri olan və Qüdsdə yerləşən “Ağlama Divarı” ilə olan əlaqəsidir. Yəhudi dini təliminə görə “Ağlama Divarı” əfsanəvi “Süleyman Məbədi”-nin müasir dövrə qədər gəlib çatmış yeganə qalığıdır. Süleyman Məbədi e.ə. 587-ci ildə, Yahuda dövlətinin işğalı vaxtı, Babil kralı Nabukodonosorun əmri ilə yerlə yeksan edilmişdi. Süleyman Məbədinin inşa edilməsi hekayəsi mistik iudaizmin kitabı olan Kabalada, “Krallar, 7-ci Bab”-da ətraflı izah edilir. Bu məbədin baş memarı, dul bir qadının oğlu olan, Hiram Abif adlı bir usta idi. Məbədin inşasında 20 min fəhlə işləmişdi. Hiram Abif işçiləri üç qrupa, usta, köməkçi və şagirdlərə ayırmışdı. Hiram usta Süleyman məbədinin girişində üç tunc sütun inşa etmişdi. Məbəd inşa edilərkən ustalar, köməkçilər və şagirdlər inşaat işinin sirlərini Hiram ustadan öyrənmək istədilər, lakin Hiram Abif onlara “bunu işləyərək öyrənməlisiniz” deyərək bildiyi sirləri onlara öyrətmədi. Buna görə də ustalar, köməkçilər və şagirdlərdən bəzilər onu gizlicə öldürüb dəfn etdilər. Yeri bilinməsin deyə qəbrinin üstünü akasiya ağacının budaqları ilə örtdülər.
    Yuxarıdakı Tövrat hekayəsindəki bəzi əşyalar və adlar bu gün spekulyativ masoluğun simvollarına çevrilib. Məsələn masonlar bir-birlərinin qardaşıdırlar və onlar özlərini “dul qadının uşaqları” adlandırırlar. İnşaat ustalarının istifadə etdikləri pərgar, üçbucaq, mala, şaqul kimi alətlər masonluğun simvollarıdır. İnaşaat ustalarının geyindikləri əlcək, önlük və.s geyim əşyalarıda masonların ayin və toplantılarında geydikləri geyimlərdəndir. Hiram ustanın düzəltdiyi üç tunc sütun da masonik simvollardandır. Akasiya ağacının da masonluqda xüsusi yeri var. Bundan başqa masonluqda mühüm simvollardan biri sayılan üç bucaq içində təsvir olunmuş göz də yəhudi mənşəli bir simvoldur. Həmin bu simvolu siz 1 ABŞ dollarının arxa üzündə də görə bilərsiniz. Bunları burada sadalamağımızın bir səbəbi də budur ki, masonlar öz rəsmi mətuat organlarında masonluğun iudaizmlə, xüsusən də Kabalistik yəhudiliklə heç bir əlaqəsinin olmadığını iddia edirlər.

    Səlib Yürüşləri və Mədəd Cəngavərləri
    Tarixdəki Səlib yürüşlərinin təməli Roma papası II Urbanın 1095-ci ilin noyabr ayında 300 xristiyan din adamı ilə birgə keçirdiyi Klermont kilsə qurultayında qoyuldu. II Urban Avropadakı kralları, əsilzadələri və ümumiyyətlə bütün xristayan xalqı başda Qüds şəhərini olmaqla “Müqəddəs Torpaqları Müsəlmanlardan Təmizləmək” üçün “müqəddəs müharibəyə” çağırdı. Bəhanə isə güya müsəlmanların xaçpərəstlər tərəfindən müqəddəs hesab edilən yerlərə, ziyarətgahlara hörmətsizlik etmələri, xaçpərəst zəvvarlara zülm eləmələri idi. Bu əlbəttə ki, yalan idi. Çünki səlib yürüşlərinə qədər Qüds 500 ilə yaxın bir müddət müsəlman hökmdarlar tərəfindən idarə olunmuşdu. Bu müddət ərzində istər xristiyan, istərsə də yəhudilərin dini etiqadlarına və məbədlərinə toxunulmamışdı. Bu şəhərdə müsəlman, yəhudi və xristiyanlar dinc yanaşı yaşamışdılar. Beləcə səlib yürüşləri başladı. Qraf Reymond, Qraf Bohemond, Qodfrey of Bullion, Vermond kralı Huq, Normandiya kralı Robertin başçılığı altındakı xaçlı ordusu 1099-cu ildə Qüds şəhərini mühasirəyə aldılar. Xaçlı ordusunun ruhani rəhbəri II Urbanın mötəbər nümayəndəsi yepiskop Adhemar of Le Puy idi. Bir aydan çox davam edən mühasirə nəticəsində, Peros adlı, əvvəllər Qüdsdə yaşamış bir erməninin köməyi ilə, Qüds xaçlı ordusu tərəfindən işğal edildi. Şəhərdəki dinc müsəlman əhaliyə əslində toxunmaya da bilərdilər. Lakin belə olmadı. Tarixdə misli görülməmiş qətliamlardan biri baş verdi. Axı bu papanın xeyir-duası ilə başlamış “müqəddəs” müharibə idi. Bir neçə gün ərzində xaçlı əsgərləri 40 mindən çox müsəlmanı qadın, uşaq, yaşlı fərqinə varmadan qılıncdan keçirdilər.
    Məbəd cəngavərləri adı ilə tanınan xristiyan təriqəti Qüdsün işğalından 20 il sonra 1119-ci ildə yaranmışdı. “Məbəd Cəngavərləri” (Knights Templar) adı isə onların özlərini “İsanın və Süleyman Məbədinin Yoxsul Cəngavərləri” (Pauperes Commilitones Christi Templique Salomonis) adlandırmalarından irəli gəlirdi. Bu təriqətin əsası Huqo de Payen, Qodfrey Rossal, Qundemar, Qodfrey Bisol, Payen de Montdidyer, Arçibald de Santaman, Endryu de Montbard və Qraf de Provins adlı 9 səlib cəngavəri tərəfindən qoyulmuşdu. Tezliklə bu təriqət özünə xeyli sayda tərəfdar topladı. Onların mərkəzi Qüdsdə “məbəd təpəsi” kimi tanınan və bir vaxtlar Süleyman peyğəmbərin saray-məbədi olmuş təpə idi. İlk böyük ustadları Huqo de Payen idi. Məbəd cəngavərləri digər səlibçilirdən geyimləri ilə fərqlənirdilər. Onlar üzərində qırmızı xaç olan ağ rəngli paltar geyirdilər. Lakin onlar digər səlibçilərdən sadəcə geyimləri fərqlənmirdilər. Qüdsdə qaldıqları 88 ilə ərzində Məbəd Cəngavərlərinin özlərinə məxsus dini etiqadları da formalaşmışdı. Onların etiqadı kilsənin rəsmi etiqadından özünün bir sıra cəhətlərinə görə fərqlənirdi. Lakin təriqət üzvləri öz etiqadlarını ciddi-cəhdlə gizlədirdilər. Belə ki, gizlilik bu təriqətin əsas şərtlərindən biri idi. Bu şərtə əməl etməyən təriqət üzvü çox ciddi cəzalandırılırdı. Sirri açan təriqətçi öldürülürdü.
    Cəzası ölüm olan bu sirr nə idi elə isə? Məbəd cəngavərləri Qüdsdə qədim yəhudi təlimi olan Kabalizmi öyrənmiş və öz etiqadlarını bunun əsasında formalaşdırmışdılar. Kabalizm, Kabala təliminə yiyələnmək deməkdir. Qısaca ifadə etsək belə deyə bilərik ki, Kabalizm mistik yəhudilikdir. Yə’ni yəhudi dininin mistik cərəyanı Kabalizm, bu cərəyanın kitabı Kabala idi. Müqayisə yerində isə, Kabalizm İslamdakı sufizmlə müqayisə edilə bilər. Lakin burada məsələ bir qədər başqadır. Kabala və kabalizmin Tövrat (təhrif olunmuş belə olsa) və Musa peyğəmbərin gətirdiyi din ilə heç bir əlaqəsi yoxdur. Bəni İsrailin (yəhudilərin) Misiri tərk etdikləri tarix, bəşər tarixindəki mühüm dönüş nöqtələrindən biridir. Təxminən 3200 il əvvəl baş vermiş bu hadisə müasir vaxta qədər öz varlığını qorumuş bir çox mistik cərəyanların da başlanğıc tarixidir. Bəni İsrail Musa peyğəmbərin liderliyində Misiri tərk etmişdilər. Musa peyğmbər onlara tövhid dinini və Tövratı öyrətmişdi. Lakin bəzi yəhudilər köhnə dini etiqadlarını və Misirlilərdən öyrəndikləri bəzi mistik təlimləri unutmamışdılar. Hələ Musa peyğmbər həyatda ikən onların büt düzəldərək ona ibadət etmək istəməlirin səbəbi də budur. Yəhudilərin belə bir nostalgiyaya qapılmaları yəhudi dini ədəbiyyatında da öz əksini tapıb. Bu haqda Qur’ani-Kərimin Taha surəsi 83-97-ci ayələrində də danışılır.
    Bilindiyi kimi mistik inanclar, magiya, sehirbazlıq qədim Misirdə çox yayılmışdı. Misirli kahin-sehirbazlar cəmiyyətdə mötəbər mövqe tuturdular. Hətta misir Fironları bu kahin-sehirbazların təlqin və məsləhətləri ilə hərəkət edir, mühüm qərarları onlarla məsləhətləşmədən vermirdilər. Bəni İsrailin bəzi alimləri Misiri tərk edib Fələstində məskunlaşandan sonra qədim Misirin ezoterik təlimlərini öyrənərək həyatda tətbiq etməyə başlamışdılar. Kabalizmlə əlaqəli yazılı mənbə tapmaq demək olar ki, mümkün deyil. Çünki kabalizm şifahi olaraq ötürülən bir təlimdir. Kabalizm uzun əsrlər boyu şifahi olaraq ötürülmüş, ilk dəfə XIII əsrdə qələmə alınmış „Zorah“ adlı kitabla işıq üzü görmüşdür. Zoraha görə bütün kainat və içindəkilər „Sefirot“ adlanan şəcərəyə görə yaradılmışdır. Yəhudi Kabala alimlərinə görə isə kabalizm bir növ ruhi kamilliyə aparan təlimdir. Kabalist təlimlə insan özünü kamilləşdirə və bir çox sirlərdən agah ola bilər. Əslində isə kabalizm qədim Misirir paqan dini təlimindən ilham alan mistik magiyadan başqa bir şey deyil.
    Beləcə “Məbəd Cəngavərləri” təlimlərinin nəzəri əsaslarını Qüdsdəki bir əsrə yaxın müddət ərzində formalaşdıra bilmişdilər. 1187-ci ildə, dünya və İslam tarixinin mühüm şəxsiyyətlərindən biri olan, Əyyubilər dövlətinin sultanı Səlahəddin Yusif ərəb, türk, kürd və müsəlman zənci qəbilələlərində topladığı mücahidlərdən təşkil etdiyi ordusu ilə Suriya ərazisindəki Xuttin adlı kəndin yaxınlığında səlib ordusunu ağır məğlubiyyətə düçar etdi. Səlahəddin Əyyubinin mücahidlərinin qılıncından canını qurtara bilən az sayıda səlib cəngavəri Qüds qalasına pənah apardı. Lakin tezliklə Qüds də Səlahəddin Əyyubinin əlinə keçdi. Səlibçilərin Yaxın Şərqdəki 88 illik hegemoniyasına son qoyuldu. Səlibçilər Qüdsü və bütünlükdə Yaxın Şərqi tərk edərək Avropaya getməli oldular. Yaxın Şərqdən Avropaya üz tutan səlibçilərin arasında “Məbəd Cəngavərləri” də var idi. Təriqət tezliklə Avropada möhkəmlənərək fəaliyyət sahəsini genişləndirdi. Təriqət üzvlərinin Qüdsdə yəhudilərdən öyrəndikləri bir digər iş də sələmçilikdi. “Məbəd Cəngavərləri” orta əsrlər Avropasının ən böyük və ən mütəşəkkil bankçılıq sistemini təşkil etmişdilər. 60% qədər artan məbləğlərlə borc pul verən təriqət bankirləri tezliklə Avropa iqtisadi həyatında böyük nüfuz sahibinə çevrildilər. Onlar artıq katolik kilsəsiylə, papanın yerlərdəki nümayəndələriylə də hesablaşmamağa başlamışdılar. XIV əsrdə isə Avropada hətta bir çox krallar belə borclar və faizləri səbəbiylə təriqət bankirlərindən aslı vəziyyətə düşmüşdülər. Təriqətin bütün Avropada əldə etdiyi iqtisadi güc və nüfuz tezliklə Roma papasını və monarxları qorxuya saldı. Tezliklə Fransız kralı IV Filip Roma papası V Klimentin dəstəyi ilə “Məbəd Cəngavərləri”-nə qarşı böyük təmizləmə kampaniyası başlatdı.
    Tezliklə təriqətin liderləri, o cümlədən “böyük ustad” Jak de Moley həbs edildi. İşkəncələrə məruz qalan təriqətçilər qəribə etiraflar etmişdilər. Kilsənin rəsmi mənbələrinin verdiyi məlumatlara görə istintaq əsnasında yepiskopları heyrətə salan etiraflar edilmişdi. Məsələn “Məbəd Cəngavərləri”-nin təriqətə qəbul mərasimində İsa peyğəmbərə söymək, xaça tüpürmək, magiya və sehirbazlıq, digər təriqət mənsublarının qasığından və arxasından öpmək kimi (latınca Oscolum Infame, yəni “xəcalət öpüşü” adlanan) qəribə ritualları, ayinlər vaxtı Bafomet adlı keçi başlı, insan bədənli və qanadları olan təsvirə ibadət etmək kimi sapğın ənələri olduğu meydana çıxmışdı. Bu inanılmaz etiraflardan sonra papa V Kliment həbs olunmuş təriqətçilərdən 72-sini öz hüzurunda dindirmişdi. Həbs olunanlar eyni etirafları edərək ağlamış və papadan əvf diləmişdilər. 1312-ci ildə papa V Klimentin 22 mart 1312-ci il tarixli fərmanı ilə “Məbəd Cəngavərləri” təriqəti bütün Avropada qadağan olunmuş, bir çox təriqət liderləri edam olunmuşdu. Bütün Avropada təqib olunan təriqətçilər İsaya söymək, xaça tüpürmək və homoseksualizmlə ittiham olunur və qətlə yetirilrdilər. Təriqətçilərin kəsdikləri pulların üzərində eyni ata minmiş iki cəngavər təsvirini də onların əleyhində homoseksullıq ittihamını dəstəkləmək məqsədi ilə dəlil kimi göstərilirdi. “Böyük ustad” Jak de Moley 1314-cü ildə kilsənin qərarı ilə diri-diri yandırılaraq öldürüldü. Əsrlər sonra Fransız inqilabı vaxtı həbs olunan kral XVI Lui 1793-cü il yanvarın 21-də, gilyotinlə başı kəsilərək, edam olunduğu vaxt edama tamaşa edən kütlənin arasından “Jak de Moley! Qisasın alındı” nidası ucalmışdı.
    Lakin mövzu ilə bağlı tədqiqat aparmış bəzi tədqiqatçılar homoseksuallıq və bütə sitayiş kimi iddiaların papalıq və Fransız kralı tərəfindən təriqəti və təriqətçiləri gözdən və nüfuzdan salmaq məqsədiylə əl atılmış qara piar olduğu fikrindədirlər. Fransada, eləcə də Avropanın digər ölkələrində təriqət üzvlərini təqib etmək və onların mərkəzlərini məhv etməkdə monarxlar və papa bir o qədər çətinlik çəkməmişdilər. Lakin təriqəti tamamiylə aradan qaldırmaq o qədər də asan deyildi. Bəzi iddialara görə təqibə məruz qaldıqları dövrdə bütün Avropa və yaxın şərqdə 160 minə yaxın “Məbəd Cəngavəri” mövcud idi. Buna baxmayaraq təriqətçilər zahirən də olsa Avropada yoxa çıxdılar. Çünki bu təriqətə mənsub olmaq artıq ölümə bərabər idi. Təriqətçilərin müəyyən bir qismi İsveçrənin dağlıq bölgələrində gizləndilər. Daha sonralar İsveçrə dövlətinin və bankçılığının təməlini atdılar. Onların böyük bir qismi isə həmin dövrdə Roma papalarının hegemonluğunu tanımayan yeganə Avropa ölkəsinə, Şotlandiyaya getdilər. Şotland kralı Robert Bryus onları himayə etdi. Burada təhlükəsiz olsalar da təriqətçilər açıq fəaliyyətdən çəkindilər. Həmin dövrdə bütün İngiltərədə eyni peşə sahibləri gildiyalarda, belə demək mümkünsə həmkarlar ittifaqlarında birləşirdilər.
    Belə təşkilatlardan biri də şotland bənnaların qurduqları ittifaq, yə’ni “Mason” təşkilatı idi. (mason, stonemaster, stonemason-daş ustası, inşaat ustası, bənna). Masonluq tarixində bu dövr “operativ masonluq”-dan “spekulyativ masonluq”-a keçid dövrü adlanır. Bu dövr eyni zamanda müasir masonluğun təməli olan “Şotland Riti”-nin (Scotland Rite-Şotland Mərasimi) təməllərinin atıldığı dövrdür. Şotland Riti müasir masonluqdakı 33 dərəcənin qısa adıdır. Bu dərəcələrin ən üstünlərinin adları orta əsrlərdə “Məbəd Cəngavərləri”-nə verilən rütbələrlə eynidir. Bu 33 dərəcə haqqında irəlidə ətraflı məlumat veriləcək.

    Masonlar daim kralların və Papanın əleyhinə olublar
    XIV-XVIII əsrlər spekulyativ masonluğun tərəqqi dövrüdür. Burada “spekulyativ” sözüylə abtrakt, mücərrəd, fərziyyəvi masonik fəlsəfə nəzərdə tutulur. Özlərinin həqiqi düşüncələrini, məqsədlərini gizlətmək məqsədiylə dini, siyasi, vicdan, düşüncə azadlığı, liberal iqtisadiyyat kimi cəlbedici şüarlarla çıxış edən masonlar əslində tamamiylə başqa məqsədlərə can atırlar. Məşhur mason, 33-cü dərəcəli böyük ustad Albert Pike (1809-1891) “Morals and Dogma” (Əxlaq və Ehkamlar) adlı kitabında masonluğun nəzəri əsaslarını işləyib hazırlamış, “Məbəd Cəngavərləri”-nin, eyni zamanda masonların əsas məqsədini belə açıqlamışdı:
    “Məbədçilər (Templars) daima Roma papası və kralların hegemonluğunun əleyhinə olmuşdular. Əsas məqsədləri varlanaraq siyasi və iqtisadi güc qazanmaq, nəhayət vuruşaraq, silah gücü ilə Kabalist düşüncəni hakim qılmaq idi”. Bəzi məsələlərə aydınlıq gətirmək məqsədiylə müəyyən mövzuları burada nəzərdən keçirməyə ehtiyac var. Məsələn mason locasına üzv olmaq üçün namizədlərdə idealist olmaq, ad-san, şöhrət sahibi olmaq, maddi vəziyyətinin yüksək olması kimi şəxsi keyfiyyətlərin axtarılması artıq nədənsə xəbər verir.
    Masonik fəlsəfənin təməl nöqtəsini təşkil edən “sirlərdən agah olmaq, hikmət sahibi olmaq” kimi anlayışlar masonluğa namizədin istənilən dini etiqadı tərk edərək materialist dünyagörüşünü mənimsəməsini ifadə edir. Masonik düşüncənin bələdçisi ağıl və hikmətdir. Masonik düşüncəyə görə xurafə, mövhumat və xəyallardan, yəni dini inanclardan xilas olmağın yeganə yolu ağılın rəhbərliyinə inanmaqdır. Ağlı ilə dini inanclardan qurtulan şəxs hikmətlilik dərəcəsinə çatır. Həqiqi masonun bununla vəsf olunur. Masonlara görə dinlər də insan ağlının məhsuludur. Fəqət din ağıl kimi dinamik (inkişafa doğru hərəkətli) deyil, statikdir (durğundur) buna görə də dini inancı tərk edib ağılın rəhbərliyinə inanmaq lazımdır. Hər bir insan ölümə məhkum olmuş tanrıdır. Tanrılar isə özümsüz insanlardır. Bunun mahiyyətini qavrayan həqiqi xoşbəxtlik və bəxtiyarlığı əldə edər və.s. Bu kimi masonik fikirlərin mənbəyi Talmud və Kabala kimi yəhudi dini ədəbiyyatıdır. Talmud, Məzmurlar, 82-ci bab, 6-8, “Mən dedim: Siz tanrılarsınız. Və hamınız Uca olanın oğullarısınız. Lakin insane kimi öləcəksiniz”. Yenə masonik fəlsəfəyə görə “məhdud zəka, pis ruh həqiqətləri görməyə dözə bilməz. Elə isə sirri qəlbində gizlət və əhlinə aç. Deməli bilmək, inanmaq və susmaq lazımdır. Elə isə məbədimizi tərk edib “Kainatın Ulu Memarına” üz tutarıq, görərik ki, Kainatın Ulu Memarı bizim öz daxilimizdədir”. Kainatın Ulu Memarı adı ilə belə düşünmək olar ki, masonik fəlsəfə Allah, yaradan inancına sahibdirlər. Lakin belə deyildir. Çünki bir çox yazılarında masonu ustadlar qeyd edirlər ki, Kainatın Ulu Memarı insanın özüdür. Bu dialektik materialist dünya görüşlərini gizlətmək üçün isə “Kainatın ulu memarı” kimi bir adı ortaya atıblar. Mason mütəfəkkirlər qeyd edirlər ki, “Kainatın Ulu Memarını” istəyən Allah, təbiət, enerji, üstün güc və ya necə istəyirsə elə adlandıra bilər. Masonların “Ulu Memarı” peyğəmbər göndərmir, kitab endirmir, din gününə sahib deyil, qanun və qayda qoymaz, mükafat və ya cəza verməz. (Mövzu ilə bağlı Türkiyədə nəşr olunmuş Səlami Işındağın, “Masonluq bir əxlaq məktəbidir” və “Otuzuncu Dərəcə Ritualının Tədqiqi” adlı kitabları, Böyük Şərq jurnalı, № sentyabr 1923, Nöqtə jurnalı, № 40, Türk Mason jurnalı, № aprel 1960, kimi mənbələrə baxmaq olar).
    Mason mütəfəkkirlərin tənqid etdiyi mövzulardan biri də, əsasən dini təlimlər tərəfindən aşılanan, əxlaq və ailə kimi məfhumlardır. Mason ustadlar bunu “doqmatizmin (ehkamçılığın) rəddi” şüarı altında edirlər. Yə’ni cəmiyyətlərin və ya ayrı-ayrılıqda hər bir insanın, əsrlərdən bəri mənimsədiyi ailə və əxlaq kimi məfhumların hər biri doqmadır, dinamik deyil, statikdir, azad düşüncəyə ziddir, Elə isə rədd edilməlidir. Masonik təfəkkürün bu iddiasınıa nümunə vermək lazımdırsa ilk azərbaycanlı mason olan M. F. Axundovun “Yek Kəlmə Haqqında” adlı məqaləsinə nəzər salmaq yerinə düşəcəkdir. M. F. Axundov İslam dininin zina (nikah xaricindəki cinsi əlaqə) barəsindəki cəza hökmünü tənqid edərək yazır ki, evli insanların, yəni ər və arvadın hüquqlarını qorumaq baxımından bu hökm bəlkə də yerinə düşər. Lakin subay insanlar üçün bu azadlıq və hürriyətin məhdudlaşdırılmasıdır. Yəni subay insanlar istədikləri kimi, istədikləri şəxslə cinsi əlaqədə ola bilərlər. Lakin o, subay ikən zinaya vərdiş etmiş insanın ailə qurduqdan sonra bu vərdişini neəcə tərk edəcəyinin sirrini açıqlamır. Görünür mason dramaturqumuz “alışmış qudurmuşdan betərdir” atalar sözünü eşitməyibmiş.
    Başqa bir mason, alman yəhudisi Sigmund Freud (Ziqmund Freyd) “Totem və Tabu” adlı əsərində, eləcə də digər əsərlərində, ensestin, yəni ailə daxili seksin, qadağan olunmasını ibtidai icma dövründən qalma dini inamlarla bağlılığını bəyan edərək tənqid edir. Freydin nəzəriyyəsinə görə bütün insan əlaqələrinin təməlində, məsələn atanın öz qızına, oğulun anasına, bacının qardaşa olan sevgisinin təməlində əslində cinsi hisslər və həvəslər durur.

    Masonik Dərəcələr və Şotland Riti
    Ənənəvi böyük mason locaları şagird, köməkçi və ustad olmaqla masonluğun üç rəmzi dərəcəsi ilə fəaliyyət göstərirlər. Bu üç dərəcədən sonrakı dərəcələr rit (rite-[rayt]-ayin, mərasim) adlanan masonik təlimlə dərəcələndirilir. Bu mərasimlərdə iştirak etmək məcburi deyil, ustad dərəcəsinə çatmış masonların öz istəklərinə bağlıdır. Masonluqda məlum üç rit vardır fransız riti, York riti və Şotland riti. Ən populyar olanı Şotland ritidir. Dördüncü dərəcədən sonrakı dərəcələrə yüksələ bilmək üçün Böyük Locaya bağlı olan locada 3-cü, yəni ustad dərəcəsinə çatmaq, locada aktiv olmaq, əlaqəni kəsməmək, vəzifə və mükəlləfiyyətlərini yerinə yetirmək tələbə olunur. Şotland riti fransız mason Ramsey (1686-1743) tərəfindən icad olunmuşdur. O, 3-cü dərəcənin üstünə üç dərəcə də əlavə etmişdi. Daha sonra 1785-ci ildə Parisdəsi Müqəddəs Con Locası bu 6 dərəcəni 25-ə, bir müddət sonra isə ABŞ masonlarının da köməyi ilə 33 dərəcəyə çatdırıldı.
    İlk üç dərəcə hesaba alınmadan Şotland ritindəki masonik xidmət 4 əsas qrupda icra olunur. 4-14-cü dərəcələr “Kamilləşmə Qrupu”, 15-18-ci dərəcələr “Şapitr Qrupu”, 19-30-cu dərəcələr “Areopaj Qrupu”, 31, 32 və 33-cü dərəcələr isə “Konsistuar” adlanır və idari-fəlsəfi dərəcələrdir. 33-cü dərəcəli masonlar “Ali Şura”-da fəaliyyət göstərirlər. Ali Şura “Hakim Böyük Amir” tərəfindən idarə olunur və bu masonik-fəlsəfi dərəcələrin ən yüksəyidir. Lakin “Hakim Böyük Amir”-in sıravi localar üzərində heç bir səlahiyyəti yoxdur. O, sadəcə Ali Şuranı idarə edir. Ölkə çapındakı localar “Böyük Locanın Böyük Ustadı” tərəfindən idarə olunur.

    Şotland Ritindəki Dərəcələr
    4. Sirr ustadı
    5. Mükəmməl ustad
    6. Gizli katib
    7. Nazir və Hakim
    8. Bina mühafizi
    9. Doqquzların seçilmiş ustadı
    10. Onbeşlərin seçilmiş hakimi
    11. Uca cəngavər
    12. Böyük Memar ustad
    13. Royal Arç cəngavəri
    14. Uca ustad
    15. Şərq cəngavəri
    16. Qüds şahzadəsi
    17. Şərq və Qərb cəngavəri
    18. Rose-Craix (qızılgül və xaç) cəngavəri
    19. Uca Şotland
    20. Möhtərəm böyük ustad
    21. Prussiya cəngavəri
    22. Livan şahzadəsi
    23. Tabernakl şefi
    24. Tebernakl şahzadəsi
    25. Tunc ilan cəngavəri
    26. Triniter Şotland
    27. Qüds məbədinin hakim amiri
    28. Günəş cəngavəri
    29. Müqəddəs Endryunun böyük şotlandı
    30. Kadoş cəngavəri
    31. Böyük müfəttiş
    32. Gizli sirrin uca şahzadəsi
    33. Hakim böyük ümum müfəttişi

    Masonik təşkilatların məşhurlarından və əhəmiyyətlilərindən biri də Bilderberqdir. CFR-in fəaliyyət sahəsi daha çox Amerika və ona yaxın qonşu dövlətlər idi. Bilderberq Qrupu masonların Avropadakı fəaliyyətlərinin digər Dəyirmi Masa təşkilatları ilə koordinasiyasını təşkil etmək məqsədiylə 1954-cü ildə Hollandiyanın Osterbek şəhərində qurulmuşdu. Adını qrupun təsis iclasının keçirildiyi Bilderberq otelindən almışdı. Qrupun təsis iclasına Hollandiya şahzadəsi Bernhard və Polşalı sosioloq Dr. Cozef H. Retinger sədrlik edirdilər. Eyni zamanda CFR üzvü olan Cozef Retinger Bilderberqin ideya müəllifi kimi tanınır.
    Maraqlı bir fakt da budur ki, Bernhard əvvəllər faşist Almaniyasında SS zabiti olmuşdur və 1937-ci ildə Hollandiya şəhzadəsi ilə evlənmişdi. Bilderberqə maliyyə dəstəyini Rotşild ailəsi göstərirdi. ABŞ-da nəşr olunan “Spotlight” (projektor) adlı jurnal təşkilatın qeyri-rəsmi mətbuat orqanıdır. Bilderberq iclasları hər il dünyanın müxtəlif ölkələrində, adətən may ayının axırıncı həftəsində toplanır. İclaslar son dərəcə məxfi keçirilir. İclas iştirakçıları üç günlük iclas müddətincə bütün xarici aləmlə əlaqələrini kəsmək məcburiyyətindədirlər. İştirakçıların iclasın gündəmi və müzakirə mövzuları haqqında hər hansı bir məlumatı yaymaları qəti surətdə qadağan edilir. İştirakçılar arasındakılar istisna olmaqla iclaslara heç bir jurnalist və mətbuat nümayəndəsi buraxılmır. İclasların keçirildiyi otel binası tamamiylə boşaldılır və bina təhlükəsizlik xidməti əməkdaşları tərəfindən təftiş edilərək qorunmağa başlanır. İştirakçıların yazılı və ya başqa formada qeyd aparmağı qadağandır. İştirakçılara susma andı içdirilir. İclaslarda çıxış müddəti məhduddur, 3 dəqiqədən az və 5 dəqiqədən çox olmur. Bu vaxta qədər təşkil edilmiş iclaslarda bir çox mətbuat nümayəndəsinin iştirak etməsinə baxmayaraq bu iclaslarda iştirak etmiş şəxslər, müzakirə edilmiş mövzular və alınmış qərarlar haqqında mətbuat səhifələrində bir kəlimə belə yazılmamışdır. Hətta iclaslarda iştirak etdikləri dəqiq məlum olan şəxslərə qrupla bağlı suallar veriləndə onlar belə bir təşkilatın mövcudluğu haqqında heç bir şey bilmədiklərini deyirlər. Məsələn Bilderberqin fəaliyyətləri haqqında araşdırma aparmış Robert Eringerin “Bilderberg Group, The Global Manipulators” (Bilderberq Qrupu, Qlobal Manipulyatorlar) adlı kitabında qeyd etdiyinə görə o, qrupun iclaslarında iştirak etmiş sabiq xarici işlər nazirlərinə və yüksək vəzifəli CIA əməkdaşlarına yazdığı məktubların cavablarını oxuyarkən heyrətə qapılmışdı. Cavab məktublarının müəllifləri belə bir təşkilatın mövcudluğundan bixəbər olduqlarını yazırdılar. Halbuki Bilderberq iclasları CIA və iclasın keçirildiyi ölkənin xüsusi xidmət orqanlarının tam nəzarəti altında keçirilir. İclaslarda iştirak etmiş bir çox siyasətçi, jurnalist və ya başqa bir peşə sahibinin “bəxt uluduzunun” birdən birə parıldadığı müşahidə olunmuşdur. Məsələn Marqaret Tetçer, Toni Bleyer, Cimmi Karter, ata Corc Buş, Bill Klinton bunlardan bir neçəsidir.
    Bəzi iddialar görə Bilderber qrupunun ən ali idarə mərkəzi Qüdsdə, 70 hahamdan (yəhudi din alimi) ibarət Sanhedrin şurasıdır. Bu iddia təsdiq edilməsə də Bilderberqin ABŞ-dakı yəhudi lobbisinin iki mühüm təşkilatları olan “Bnai Brith” (bu təşkilat haqqında irəlidə ətraflı məlumat veriləcək) və ADL (Anti Defamation League) ilə sıx işbirliyində olduğu artıq gizlədilməsi mümkün olmayacaq qədər açıqdır.
    Bilderberqin bu vaxta qədərki üç iclası Türkiyədə keçirilmişdir. Birincisi 1959-cu ildə İstanbul Yeşilköy Çinar Hoteldə, ikincisi 1975-ci ildə İstanbul Çeşmə Altın Yunus istirahət mərkəzində və üçüncüsü də bu ilki Bilderberq iclası. Türkiyədə son 50 ildə siyasət səhnəsində, ictimai və iqtisadi həyatda uğurlar qazanmış bir çox sima Bilderberq iclaslarının iştirakçılarıdır. Məsələn Bülent Ecevit və Süleyman Dəmirəl 1975-ci il İstanbul iclasında, Məsud Yılmaz isə 1990-cı il Nyu York iclasında iştirak etmişdirlər. Türkiyədən 1995-ci il iclasına sabiq parlament sədri Hikmət Çətin, məşhur sosioloq professor Şərif Mardin və Cem Boyner (Yeni Demokratiya Hərəkatının lideri), 1996-cı il iclasına Əmrə Gönensay (sabiq nazir) və Qazi Erçel (Mərkəzi Bank İH sədri), 1997-ci il iclasına Vahid Halefoğlu (sabiq nazir), Dinc Bilgin (Sabah qəzetinin sahibi), Sinan Tara (Enka holdinq), professor Üstün Ergüder, 1998-ci il iclasına Meral Gezgin (İqtisadi İnkişaf Fondu), Suna Kıraç (Koç holdinq), Uğur Bayar (Dövlət özəlləşdirmə idarəsi), Gürbüz Aktan (sabiq səfir), İsmayıl Cem (sabiq xarici işlər naziri), 1999-cu il iclasına Sədat Ergin (Hürriyyət qəzetinin Ankara büro şefi), yenə Qazi Erçel, Erkut Yüceoğlu (TÜSİAD başqanı), yenə Suna Kıraç, 2000-ci il iclasına Nuri Çolakoğlu (NTV İH sədri), Məhərrəm Kayhan (TÜSİAD), 2001-ci il iclasına Qazi Erçel, Özdəm Sanberk (sabiq səfir), 2002-ci il iclasına Kamal Dərviş (sabiq iqtisadi inkişaf naziri), Səlahəddin Beyazıt (işadamı) dəvət olunmuş və iştirak etmişdirlər. Türkiyədə nəşr olunan “Aydınlıq” qəzetinin iddiasına görə Şarık Tara, Bülent Eczacıbaşı (Zorlu holdinq), Jak Kamhi, Sakıp Sabancı (Sabancı holdinq), Mehmet Emin Karamehmet (Pamukbank, Türkcell), Erdal İnönü, İltər Türkmən kimi məşhur similar Bilderberqçidirlər. Bilderberqçilərin daimi üzv, üzv və iclas iştirakçısı kimi qruplara ayrıldıqlarını da xatırlatmaq yerinə düşəcəkdir. Qeyri-rəsmi məlumatlara görə hal-hazırda Bilderberq Qrupuna Henri Kissincer başçılıq edir. Axırıncı Bilderberq iclası 31 may-3 iyun tarixində İstanbulda keçirildi. İstanbulda “The Ritz Carlton” otelində keçirilən iclasda Türkiyədən iqdisadiyyat naziri Əli Babacan, Mustafa Koç, Egemen Bağış, Hikmət Çetin, Kamal Derviş, Fəhmi Koru ve Cengiz Çandar kimi simalar iştirak ediblər. 

    http://seliqesizheyat.azersayt.com/

Комментариев нет:

Отправить комментарий