01.06.2011

Məhəmməd Əmin Rəsulzadənin mülki əcnəbi şirkətə satılıb?


                        Azərbaycan Xalq Cümhuriyyətinin qurucusunun nəvəsi belə deyir

Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin vaxtilə yaşadığı mülk əcnəbi şirkətlərdən birinə satılıb. Rəsulzadənin nəvəsi isə bu mülkün ev muzeyinə çevrilməsi barədə prezidentin sərəncamı olduğunu deyir.
“Həmin evi muzeyə çevirməyi nəzərdə tutmuşduq. Evin təmir məsələsi var idi. Həmin o quru otaqlara order yazdırmaqda imtina etdim. Onun bərpasını tələb etdim. Amma evin sərəncamı məndədir. Daha sonra mən gələndə orada milli qəhrəman anası yaşayırdı. Dedilər ki, qoca qadındır narahat etmə, qoy qalsın. Daha sonra isə dedilər ki, orada xarici şirkət yerləşir. Bunu araşdırdıq. Məlum oldu ki, guya həmin ev vaxtı ilə order almayıb, əmri olmalı idi. Onu kiməsə veriblər, o da kiməsə satıb və s. Bizim tərəfimizdən belə bir şey olmayıb və bu məsələ öz həllini tapmalıdır”, deyə M. Ə. Rəsulzadənin nəvəsi Rəis Rəsulzadə bildirib.

ANS

Комментариев нет:

Отправить комментарий