11.06.2011

Milli Məclis müsəlmançılığa qarşı

Hicab qadağasına susqunluq göstərən QMİ sədri Allahşükür Paşazadənin başına qoyduğu əmmamənin düzgün olmadığı Milli Məclisdə müzakirə edildi



Dünən Milli Məclisdə «Dini etiqad azadlığı haqqında» qanuna dəyişikliklər edilib. Bu barədə məlumat verən İnsan Haqları Komitəsinin sədri Rəbiyyət Aslanova bildirib ki, bu dəyişikliklər ölkədə dini etiqad azadlığının təmin olunması ilə bərabər, həm də milli təhlükəsizlik maraqlarımızdan gəlib.
FaktXeber.com-un verdiyi məlumata görə, parlament sədri Oqtay Əsədov da bu qanun vasitəsilə Azərbaycanda din sahəsindəki pərakəndəliyə bir qədər nizam gətirmək istədiklərini bildirib: “Bir də görürsən, kimsə gəlib burda hansısa sekta yaradır, sonra da Avropa Şurasına yazır ki, imkan vermədilər. Bu, tolerantlıq məsələsi deyil.
Çıxışçılar arasında ən çox diqqət çəkən isə Siyavuş Novruzov olub. O, çıxışına “Bismillahir-rəhmanir rəhim” deyərək başlayıb və dini xadimlər üçün səliqə-səhmanlı bir geyim seçilməsini istəyib.  Onun sözlərinə görə, Azərbaycan bu məsələdə hansısa ölkədən nümunə götürür və bu doğru deyil: «Özümümüzün formamız olsun. Nəyə görə, İran mollaları kimi əmmamə qoymalıyıq? Hesab edirəm ki, buna ehtiyac yoxdur. Burada Hacı Sabir oturub, başında əmmaməsi yoxdur. Üzünə də baxırsan ki, nur tökülür».

Комментариев нет:

Отправить комментарий