11.06.2011

RUSİYADA HƏR İL BİR ŞƏHƏR YOX OLUR

Rusiyada spirtli içki zəhərlənməsindən ildə bir şəhər əhalisi, təxminən 30-40 min insan dünyasını dəyişir



Faktxeber.com-un "Mir Novostey" qəzetinə istinadən verdiyi məlumata görə, Rusiyada spirtli içki zəhərlənməsindən ildə bir şəhər əhalisi, təxminən 30-40 min insanın öldüyünü məlum olub. Türkiyədə Rusiya vətəndaşlarının spirtli içkidən zəhərlənməsiylə bağlı araşdirma aparan qəzetin müxbiri, Rusiyada da bu cür ölümlərin çox olduğunu yazıb. Rusiya Baş Prokurorluğu İstintaq Komissiyasının cinayət işi açmasına təəccüblənən müxbir, "Cinayət işinin açılmasını bənzəri olmayan bir hadisədir. Çünki ötən il xaricdə müxtəlif səbəblərlə təxminən 1200 rusiyalı həyatını itirib. Bunlardan ən azı 400-ü döyülməklə ölənlərdir. Digər ölümlər isə zəhərlənmə, cinayət və qəzallardan ibarətdir. Lakin bu hadisələrlə bağlı heç bir cinayət işi açılmayıb. Bununla bağlı Rusiyanın reaksiyası çox qəribədir", - deyə qeyd edib.
Müxbirin araşdırmasına görə, metil spirtdən Rusiyada hər il təxminən 400 nəfər həyatını itirir. Müxbir "Bu ilin 1 yanvar tarixində Kuril adalarının birində bütün balıqçı qəsəbəsi zəhərləndi. Zəhərlənmə nəticəsində üç adam hadisə yerində öldü, 15 vətəndaş reanimasiyaya düşdü. Daha əvvəl İndoneziyadakı 3 rusiyalı təyyarə mühəndisi də spirtli içki zəhərlənməsindən həyatını itirmişdi. Həmçinin, mühəndislərlə birlikdə spirtdən 2 nəfər də zəhərlənərək təcili olaraq xəstəxanaya yerləşdirilmişdi. Bir neçə il əvvəl Rusiya Hərbi Dəniz Donanmasına aid döyüş gəmilərində onlarla əsgər həyatını itirmişdi. Çünki metil spirti gəmilərin topçu sistemlərində istifadə edilir. Hər il bu cür hadisələrə rast gəlinir. Lakin milli televiziya kanalları hadisələrlə bağlı heç bir xəbər yayımlamayıb. Həmçinin baş verən bu hadisələrlə əlaqədar istintaq işi aparılmadı. Heç kim bu barədə açıqlama da vermədi. Bu cür dəhşətli hadisələrin üstü bağlanıldı. Burada Rusiya spirtli içki lobbiçilərinin gücünü qınamaq lazımdır", - deyə yazıb.
Qeyd edək ki, Rusiyada ümumiyyətlə spirtli içki zəhərlənməsindən hər il on minlərlə vətəndaş ölür. Müxbir həmçinin yazır ki, "Rusiya dünyanın ən çox spirtli içki zəhərlənməsinin baş verdiyi ölkədir. 2006-cı ildə 41 min insan bu cür zəhərlənmədən ölüb. Örtən il bu rəqəm təxminən 30 min olub. Spirt zəhərlənməsinə görə hər il ölkəmizdə bir şəhər həyatını itirir. Qəbul edin ki, bu rəqəmlərin yanında 400 nəfərin metil spirtindən ölməsi dənizin bir damlası kimidir. Bu sahədə elmi araşdırma hazırlayan rusiyalı mütəxəssis Aleksey Nemtsova görə, isə spirtli içki ölkədə ildə 500-700 min insanın ölümünə səbəbolur. Bu halda Türkiyə əleyhdarı çaxnaşma obyektiv görünmür."

Комментариев нет:

Отправить комментарий