05.06.2011

Məlihə Əzizpur, şeir


Səni unutmaq zorundayam bilirmisən?!
Necə ki sevmək zorunda qalmışdım bir gün
və adını siqara dumanı ilə yazmışdım
çevrəmdə burulan havaya.
Oysa can dediyin nəfəslər
qat-qat yara buraxmışlardı ciyərlərimdə...

Səni unutmaq zorundayım
necə ki sevmək zorunda qalmışdım bir gün
və insan maskalı yarasalar
gülə-gülə qanımı sorurlardı son damlaya qədər.
Mən isə onlara sevgi göstərməkdən
bezikmişdim artıq!

Səni unutmaq zorundayım,
o üzdən çarpılı qapıya bənzəyirəm
ortamızda çəkilən divarda
və bir sərçə qanadından törənən
ufaq əsin belə
meydan oxuyur məni çökdürməyə.

Səni unutmaq zorundayım
bilirmisən?!

Комментариев нет:

Отправить комментарий