12.06.2011

"Mən Hacı Mövsümün həyat yoldaşı olmağımla fəxr edirəm"


Anti-islam siyasətlinə etirazına görə həbs olunmuş Azərbaycan İslam Partiyasının sədri Hacı Mövsüm Səmədovun həyat yoldaşı Mehparə Səmədova çərşənbə günü “Səhər” kanalına doktor Səmədovla görüşü barədə verdiyi müsahibəsində dedi: “Hacı Mövsümün seçdiyi yol İslam yoludur və o, Allah yolunda addım atmışdır”.
Mehparə xanım həyat yoldaşı doktor Möhsünlə görüşündən sonra dedi: Onunla görüşümdə dedi: “Biz ilahi imtahan qarşısındayıq və Allahın bizə verdiyi nemətlərin şükrünü yerinə yetirə bilmərik. Allah həqiqi möminlərin mükafatını verəcəkdir. Bu həbsi Allahın imtahanı bilirəm. Yaradılışdan məqsəd budur ki, Allah yolunda addım atanlarla, şeytana xidmət edənlər bir-birindən seçilsinlər. İslama xidmət etmək məqsədilə bu səhnəyə daxil olmuşam”.   
İslam Partiyası sədrinin həyat yoldaşı xatırladı: Hacı Mövsüm ona və digər dindarlara qarşı sürülən ittihamları rədd edərək dedi: “Bütün bu ittihamlar sifarişlə olmuşdur və İslama zərbə vurmaq məqsədi güdür. Bizim evimizdə Quran və dini kitablardan başqa bir şey yoxdur”.
Mehparə xanım Hacı Mövsümün fiziki və ruhi vəziyyətinə işarə edərək dedi: Hacı Möhsün həbsxanada elm və ibadətlə məşğuldur və ruhi vəziyyəti çox yaxşıdır. O həbsxanada şəriət hökmlərinin, əxlaq və etiqadi dərslərin tədrisi ilə məşğuldur.
Mehparə xanım sonda qeyd etdi: Mən Hacı Mövsümün həyat yoldaşı olmağımla fəxr edirəm.
Qeyd edək ki, Azərbaycan İslam Partiyasının sədri dövlətin anti-islam siyasətlərinə etiraz etdiyi üçün beş aydan artıqdır ki, həbsxanadadır. Azərbaycanın əhalisinin 90%-dən çoxunu müsəlmanlar təşkil edir.

Комментариев нет:

Отправить комментарий