13.06.2011

Müsavatçı gənc həbsdə qaldı

Əhəd Məmmədlinin şikayəti təmin olunmadı

Bakı Apellyasiya Məhkəməsində İctimai Palatanın aprelin 2-də Bakının mərkəzində keçirməyə cəhd göstərdiyi etiraz aksiyası zamanı saxlanılan Müsavat Partiyası Gənclər Təşkilatının sədr müavini Əhəd Məmmədlinin apellyasiya şikayətinə baxılıb. Vəkil Yalçın İmanovun APA-ya verdiyi xəbərə görə, məhkəmə apellyasiya şikayətini təmin etməyib.
Qeyd edək ki, Səbayel rayon Məhkəməsi Əhəd Məmmədlinin barəsində seçilən həbs-qətimkan tədbirinin müddətinin 2 ay uzadılması barədə qərar çıxarıb. Apellyasiya şikayəti də məhz bu qərardan verilib.

Комментариев нет:

Отправить комментарий