13.06.2011

«Novruz Məmmədov bizimlə prinsip apardı»

“Duzlu göl”dən pul qazanan qaçınqlar qadağalara əməl etmək istəmir 

Polisin döydüyü Abbas Orucov: «Danışsam, polis məni yenə aparıb, döyəcək»

Prezident Administrasiyasının şöbə müdiri Novruz Məmmədovun yaxınlarının iddiası gəlir yerindən mərhum olan 43 ailə acınacaqlı vəziyyətdə yaşayır. Xatırladaq ki, iyunun 6-da N. Məmmədovun qardaşı oğlu Ənvər Məmmədovun iştirakı igöl ətrafında fəaliyyət göstərən bütün xidmət obyektləri uçurulub. Müqavimət göstərən köçkünlər isə vəhşicəsinə döyülərək polsi bölməsinə aparılıb. 


Sakinlərdən biri Dilbər Orucova deyir ki, Ənvər müəllimə nə qədər yalvar-yaxar etsə də onun ürəiyi yumşalmayıb: «Dedim məcburi köşkünük, həyat yoldaşım əlildir, iş qabiliyyəti yoxdur. Bura sizin olsun, amma, icazə verin, mənim 3 oğulum da burada işləyib, evə çörək pulu qazansınlar. İşləmək üçün başqa yeri yoxdur”. Qeyd edək ki, D. Orucova söküntü zamanı döyülən Abbas Orucovvun anasıdır. Ananın sözlərinə görə oğlunun qoluna 18 tikiş vurulub. Abbas isə deyir ki, bundan sonra danışacağının nəyəsə xeyri olacağına inanmır: «Kiçik ticarət obyektlimizi söküb-dağıdıblar. Yenə danışsam, polis gəlib məni aparıb, döyəcək”.

“50 qəpik qazanırdım”

“Duzlu göl”dən evə çörək pulu qazanan məcburi köçkünlərlə, gənclərlə, uşaqlarla həmsöhbət olduq. Onların arasında ən balacası 12 yaşlı İsgəndər İsgəndərovdur: “Atam da, anam da işləyir. Mən də burada bir nəfər üçün 50 qəpiyə palçıq satırdım. Burada vannam var, taxatadan da kiçik otaq düzəltmişdim. Əlbəttə, otaq demək olarsa, çünki, onun yan tərəfləri açıq idi, yalız yuxarı hissəsini un kisəsi ilə örtmüşdüm. Ənvər əmi, mənim çörək pulu qazandığım yeri də uçurtdu. İndi mən çörəksiz qalacam, eləmi?! O, qoysa işləyərəm!”.

“Kiçik ticarət obyektlərinin söküntüsü prinsipə oldu”

İşsiz qalan gənclər baş verənləri belə dəyərləndirilər: “Novruz Məmmədov bizimlə prinsip apardı. Baş verənlər barəsində hüquq mühafizə orqanlarına, mətbuata müraciət etmişdik. Bəlkə də, o, bu il burada heç istirahət mərkəzi heç yaratmayacaq. Amma, biz də acından ölmək istimirik. Bəzi məmur övladlarından fərqli olaraq döyüş bölgələrdinə hərbi xidmətdə olmuşuq. Haqqımız çatır bu torpaqda yaşamğa. Ola bilsin ki, yenidən kiçik ticarət obyektlərini istifadayə verək.
Burada söküntü-dağıntı olmasına baxmayaraq “Duzlu göl”ə gələnlər var idi. Bu fakt işsiz gəncləri iş yerlərini bərpa etməyə həvəsləndirirdi. Mən də göldə üzüb, gölün dibindən çıxarılmış palçıqla maskalandım. Bu palçığı məcburi köçkünlər min bir ərazbla gölün ortasından çıxardırlar. Bu zülümün qarşılıqlığında isə bir nəfərin maskalanması çox ucuz 50 qəpik yetər. Palçığın yaraların sağalmasında və revmatizmə xeyrli olduğu bildirildi.

Ramid İbrahimov

Комментариев нет:

Отправить комментарий