16.06.2011

PENTAQONDA 264 POZĞUN VAR

Yeni sənədlərə görə, Pentaqonda 264 işçi kompüterlərinə uşaq pornosu yükləyib və bunlardan yalnız 52-i haqqında cinayət işi açılıb



FaktXeber.com-un verdiyi məlumata görə, Amerika Müdafiə Nazirliyində (Pentaqon) işləyən bəzi şəxslərin ofis kompüterlərindən uşaq pornosu yüklədiyi istiqamətindəki iddialar dəhşət doğurur. "Boston Globe" qəzetinin, iyul ayında 30 işçi barəsində uşaq pornosu yükləmələri səbəbiylə cinayət işi açdığını yazmasından sonra müstəqil xəbər saytı "The Upshot", hadisəylə bağlı əhatəli araşdırma aparıb. "The Upshot"un "Məlumat Toplama Haqqı" çərçivəsində ələ keçərdiyi sənədlərə görə, Pentaqonda işləyən 264 şəxs uşaq pornosu məzmunlu fotoşəkil və ya videolar satın alıb, ya da bunları internetdən yükləyib. Bu şəxslərdən doqquzu "Top Secret" etiketli, çox gizli sənədləri görmə səlahiyyəti olan Pentaqon işçisidir. Ən azı 76-nın isə gizli faylları araşdırma səlahiyyəti var.

Yalnız 10 nəfər günahlandırılıb

Pentaqon, uşaq pornosu yükləyən 264 adamdan bu günə qədər yalnız 52 adam haqqında rəsmi olaraq istintaq açıb və yalnız 10-nu rəsmi olaraq günahlandırıb. "The Upshot"a adını vermək istəməyən bir səlahiyyətli, bu şəxslərin kompüterinə virus yoluxmasından qorxduqları üçün prioritet verdiklərini söyləyib. Əgər Pentaqondakı kompüterlərə virus yoluxubsa, bu boşluqdan xarici kəşfiyyat təşkilatları məlumat oğurlamaq üçün istifadə edə bilər. Pentaqonun məhkəməyə göndərdiyi şəxslər arasında bir hərbi prokuror və müxtəlif yüksək çinli səlahiyyətlilər var. Hərbi prokuror keçən il günahını qəbul edib, "çox gizli" sənədləri görmə səlahiyyəti olan bir səlahiyyətli isə vəziyyətin ortaya çıxmasından sonra Liviyaya qaçıb.
Qeyd edək ki, Pentaqonda 24 min nəfər işləyir.

Комментариев нет:

Отправить комментарий