16.06.2011

RUSİYANIN ABŞ İLƏ GİZLİ ANLAŞMASI ÜZƏ ÇIXDI

Rusiya hərbi kəşfiyyatı QRU Gürcüstan prezidenti Mixail Saakaşvilini öldürməkdən son anda imtina edib



Faktxeber.com-un verdiyi məlumata görə, Moskva ABŞ ilə razılaşaraq Saakaşvilini son anda öldürməkdən imtina edib. Bunun qarşılığında Vaşinqtonun da Ukraynada Rusiya tərəfdarı Viktor Yanukoviçin iqtidara gəlməsinə razılaşıb.

Rusiyanın "Arqumentı Nedeli" qəzetinin yaydığı xəbərdə bildirilir ki, 2008-ci ildə ki Rusiya-Gürcüstan müharibəsi əsnasında QRU və Rusiya hava komando birliklərinə aid xüsusi təyinatlı bir qrup, Saakaşvilini qaçırmaq üçün əməliyyata keçiblər. Plana görə Saakaşvili sağ olaraq ələ keçəriləcək, əgər bu alınmasa Saakaşvili öldürüləcəkdi. Mövzuyla əlaqədar hava komando birlikləri xüsusi təyinatlılarından bir zabit qəzetə bu cür açıqlama verib.
Rusiyalı zabit: "QRU və hava komando birliklərindən ibarət olan xüsusi bir qrup Tiflis yaxınlığında idik. Saakaşvilinin nə vaxt harada olduğu məlumatını almışdıq. Bizə verilən vəzifə, ya sağ ələ keçərmək ya da öldürmək idi. Sui-qəsdin Rusiya əsgərləriylə heç bir əlaqəsinin olmadığını sübut etmək üçün mərkəz bizdən iz buraxmamağımızı istəmişdi."

Qəzetin iddiasına görə, Moskva Saakaşviliyə əməliyyatı son anda ləğv edib. Buna səbəb isə ABŞ-ın araya girməsi olub. ABŞ ilə gizli razılaşma təmin edən Moskva, Ukraynadakı seçkidə Viktor Yanukoviçin qələbə qazanması qarşılığında Saakaşvilinin canını bağışlayıb.

Комментариев нет:

Отправить комментарий