05.06.2011

Qərar verməyi bacarın

Qərar verməyi bacarınCavanşir Aləmmədli


Bir çanta düşün, hərəniz bir tərəfindən tutmusunuz. Sən baxma onun var gücüylə dartıb aparmaq istəməyinə, sən də bir güc verib qaldırmadıqca, o çanta sürünməyə məhkumdur. Bir qərar ver artıq, ya burax o ipi, ya da qaldır daşımağına kömək et. Düşünmə ki, bu həmişə belə davam edəcək. Düşünmə ki, o, bu işi tək davam etdirməyə tab gətirə biləcək. Bir zaman keçəcək, o ipi buraxacaq. Özü də bir dəfəlik. Bir də geriyə baxmadan. Artıq tab gətirməyib, bütün çəkdiyi əzablara son vermək üçün buraxacaq.

Yox, düşünmə ki, o yolundan dönən deyil, mütləq bir bəhanə çıxacaq ortaya. O bunu istəməsə belə, artıq çanta bir qulpdan daşınılmağa tab gətirməyəcək. Nə edirsən et, o ipin qırılmağına imkan vermə. O qırıldısa... O qırıldısa, artıq hər şey bitmiş deməkdir. Cürbəcür bəhanələrlə onu geri qaytara bilsən belə, artıq bütün güc sənə düşəcək, onda səndən yana bir hərəkət görünməyəcək. Bu da sənin həyatını zindan edəcək...

********

Havadakı durnanı əldə etmək üçün, əlindəki sərçəni uçurdun. Sonunda sərçə də səni tərk elədi. Durna onsuzda sənə tərəf baxmış deyildi. Tək onun xəyalıyla yaşadın, sərçəylə də əlaqəni kəsmədin ki, birdən o alınmasa, bununla davam edim. Amma onu düşünmədin, elə ona görə bütün münasibətləri çiynində daşıyan o, artıq dözmədi. Bilmirəm sonunda qulp qırıldı, yoxsa o mu vaz keçdi. Hər nədirsə, artıq o səndən qurtuldu, sən də onu itirdin. Məndən nə edəcəyini soruşursan, sənə bir şey deyə bilərəm. Artıq çox gecdir. Getmək vaxtı gəlibsə “getmə” demənin, zaman keçibsə “qayıt” demənin mənası yoxdur...

Комментариев нет:

Отправить комментарий