20.06.2011

Türk fotoqraf Attila Durak


Türk fotoqraf Attila Durak 1967-ci ildə Gümüşhanədə doğulub. Ortadoğu Teknik Universitetinin İqtisadiyyat fakültəsindən məzun olub. Fotoqrafiya ilə tələbəlik illərindən maraqlanan Durak 1997-ci ildən Nyu-Yorkda fotoqrafiya üzrə təhsil almağa başlayıb.

Sənətçinin çəkdiyi ölkələr arasında İran, Pakistan, İngiltərə, Kanada, Misir, Suriya, Yunanıstan, Amerika, Peru kimi ölkələr yer alır.
Fotoqrafın ən sonuncu işlərindən biri “Ebru: Türk mədəniyyəti müxtəlifliyinin inikası” adlı sərgidir. Durak bu sərgini hazırlamaq üçün Anadolunu yeddi il gəzib. Artıq 26 ölkədə nümayiş olunan sərgi hal-hazırda Yerevanda keçirilməkdədir.

Fotoqraf sərginin mesajı barədə deyib: “Bu şəkillərdə təsvir olunan insanların həyatını bölüşərək, toylarında şadlanaraq, yaslarında ağlayaraq, onların həyatını sizlərə çatdırmaq istədim”.

Fotoşəkillərində Türkiyədə yaşayan 44 etnik qrupun nümayəndələrini təsvir edən fotoqraf: “Anadolunu dolaşaraq 26 dildə danışan bir ölkəyə malik olduğumu anladım” deyə bildirib.

Комментариев нет:

Отправить комментарий