13.06.2011

Türkiyənin “Hürriyət”i Anardan yazdı

Türkiyənin “Hürriyət” qəzeti Azərbaycan Yazıçılar Birliyinin sədri Anarla bağlı reportaj verib. “Hürriyət”in muxbiri Səfa Kaplan AYB-də AYB, Türk Dünyası Yazarlar və Sənətçilər Vəqfi (TÜRKSAV) və Türkiyənin Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə keçirilmiş tədbirdən sonra Anarın otağında olub və onun söhbət edib.
Reportajda muxbir Anarın otağında onun türkiyəli yazarlarla olan fotolarını, yazıçıların portertlərini və buna təəccübünü təsvir edib.
“Anar Nizami Gəncəvinin əksi olan xalçanın qabağında oturub. Yanına yaxınlaşıb gündəmin ən qaynar suallardan birini qoyuram masanın üzərinə: “Azərbaycanın Eurovision-dakı birinciliyi Türkiyəni çox sevindirib. Maraqlıdır, Orxan Pamuk Nobel mükafatını alanda Azərbaycanda buna sevinirdirləmi?”

Bu sualı gözləməyən Anar xeyli təəccüblənir. Amma özünü toparlayıb “Orxan mənim dostumdur, Nobeli almağına çox sevindim. Amma kaş ki, ermənilərlə bağlı o sözlərdən sonra olmasaydı” - deyir kədərli bir səslə”.

Elmin HƏSƏNLİ                                kulis.az

Комментариев нет:

Отправить комментарий