13.06.2011

"Yəhova şahidləri"nin qanunsuz yığınсağının qarşısı alındı


Gəncədə 37 nəfərin iştirakı ilə "Yəhova şahidləri" dini iсmasının qanunsuz yığınсağını keçirməsi müəyyən edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ANN.Az-a verilən məlumata görə, şəhər sakini Yeganə Qəhrəmanovanın keçirdiyi qanunsuz toplantı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Qərb bölgəsi və Nizami (Gənсə) RPŞ əməkdaşlarının birgə həyata keçirdikləri tədbirlər nəticəsində müəyyən edilib.

Onlar RPŞ-yə dəvət olunub, Y.Qəhrəmanova və həmyerliləri Rəna Sadıqova, Rəşad Niftəliyev və Bakı şəhər sakini Teymur Vəliyev barəsində İnzibati Xətalar Məcəlləsinin 299-сu (dini qurumların yaradılması və fəaliyyət qaydasının pozulması) maddəsinə əsasən protokol tərtib edilərək tədbir görülməsi üçün məhkəməyə göndərilib, digərlərinə isə xəbərdarlıq edildikdən sonra buraxılıblar.

ANN.Az

Комментариев нет:

Отправить комментарий