17.06.2011

Xuraman Hüseynzadə “Bulvarda”


Gəmi suda batar birdən, karusellər qorxuludur…


Quzum, heç nə istəmə sən,
Bax dənizə, doyunca bax.
\"Bulvar\" adlı bu aləmdən
Yadında tək o qalacaq.

Ona pay ver göz yaşından,
Bir az hava alaq, gedək.
Gəl, dənizin yaddaşında
Biz də belə qalaq, gedək.

Bu da dənizin qırağı,
Eləcə bax, ötüb keçək.
İstədiyin oyuncağı
Sənə leylək gətirəcək.

Ləngər vurur, yuxuludur,
Gəmi suda batar birdən.
Karusellər qorxuludur,
Tut əlimi, gedək burdan.

Yesən, boğazın ağrıyar,
Dondurmadan gözünü çək.
20-cə qəpik pulum var,
Onunla da evə gedək...

Комментариев нет:

Отправить комментарий