12.06.2011

Yatmış vulkan oyandı


Yatmış vulkan oyandı
"El Globo"ya bildirir ki, Çilidə Puyeue vulkanın püskürməyə başlaması nəticəsində təqribən 3500 nəfər ev-eşiklərini tərk etməli olub. Ölkənin hakimiyyət dairələri vulkan bölgəsində təhlükə səviyyəsini maksimal "qırmızı" elan ediblər.
Vülkan üzərində nəhəng tüstü və kül buludu qalxıb. Vulkanik kül buludu Argentina tərəfə hərəkət edir. Argentinanın Çili ilə sərhədi yaxınlığında yerləşmiş Bariloçe hava limanı işini dayandırıb.
Bariloçe və yaxınlıqdakı yaşyış məntəqələrinin sakinlərinə küçəyə çıxmamaq məsləhət görülüb.
Eyni adlı milli parkda yerləşən Puyeue vulkanı Puyeue Kordon Kaulle vulkanlar silsiləsinə aiddir.
abna.ir

Комментариев нет:

Отправить комментарий