08.06.2011

FRANSANIN TANINMIŞ TELEKANALI BİABIR OLDU


Yəhudi barmağı

Məşhur "France24" telekanalı saxta müsahibə hazırladığına görə biabır olub

FaktXeber.com-un verdiyi məlumata görə, Fransanın “France24” telekanalı Suriya səfirindən müsahibə adı ilə yayımladığı səs, əslində səfirin səsi olmayıb. Telekanalın belə qeyri-etik saxtakarlığı dünya mediasında səs-küyə səbəb olub. Telekanalın Suriya səfiri xanım Lamya Şəkur kimi təqdim etdiyi müsahibi əslində kimliyi bəlli olmayan bir şəxs olub. Səfir kimi özünü təqdim edən şəxs, Suriyaya qaşı ittihamlar irəli sürməklə yanaşı, ölkədə baş verənlərə etiraz əlaməti olaraq vəzifəsindən istefa verəcəyini açıqlayıb.
Qeyd edək ki, bu xəbər yayımlandıqdan sonra Suriyanın Fransadakı səfiri xanım Lamya Şəkur, "Əl-Cəzirə" telekanalı ilə əlaqə yaradaraq sözügedən telekanalda yayımlanan xəbərin yalan və ölkəsinə qarşı aparılan çirkin siyasətin tərkib hissəsi olduğunu bildirib. Belə bir saxtakarlığın dünyanın tanınmış telekanallarının birində baş verməsi, dünyada rezonans doğurub. Telekanal sonradan belə bir müsahibənin səhvən alındığını bildirsə də, artıq gec olub.

Комментариев нет:

Отправить комментарий