11.08.2011

Qadın qoxusu - mələk təravəti


Aydın Xan Əbilov

Yerdəki behiştdə baş verən bu olay 15 il bundan əvvəl baş verdi və həmişəlik yaddaşımda pərçimlənib. Qara dənizdə çimərkən birdən dəlisov bir yağış bizi yaxaladı, otelə qaçdıq, liftə mənlə gənc bir assuriyalı daxil olduq: sarışın, günəşin nazladığı bəyaz bədəndə dənizlə yağışın yanar damcıları liftin işığında parıldayırdı. Bir-birimizə gülümsədik. Qəfildən yuxarı mərtəbədə lift dayandı, deyəsən elektrik kəsilmişdi. Qız qorxusundan özünü itirdi: ona yaxınlaçıb qucaqladım, qorxma pıçıldadım. O zaman onun dəniz qoxulu qadın qoxusu ruhumu silkələdi: bu nəsə mələk təravətini xatırladan bir ətir idi. Boynuma alım ki, bir də belə təravəti həyatımda hiss etməmişəm - ömrümdəki ən gözəl xanımlar belə bahalı ətirlərlə öz qadın qoxusunu qətlə yetirilər, halbuki onların bədən təravəti, gül qoxusu nəyə desən dəyərdi... Behiştli dəqiqələr tez buxarlandı, qoynumdakı mələk qorxu və seviş təsirindən titrəyirdi, sanki ovcumda tüksüz qaranquş balasını sıxmışdım...
Otelin mexaniklər lifti yuxarı çəkdilər, qız sevindiyindən az qala uçurdu...
Sonra mənə otağının nömrəsini verdi, bir həftə həyatımı cənnətə çevirdi, ondan yeganə xahişim ətirlərdən və kosmetikadan istifadə etməməklə bağlı istəyim oldu...
Bir gecə yenə dənizə getdik, sonra otelin liftinə girdik, yuxarı qalxdıq, mərtəbələr arasında lifti saxladıq, onu - dəniz qoxulu dünyanın ən qədim xalqlarından sayılan assuriyalıların bəlkə də son nümayəndəsini dəlicəsinə qucaqladım, bədənindən gələn ətri doyunca sinəsinə çəkdim, baxışlarından od yağırdı, onu hamıya, hər şeyə, hətta liftə də, ondakı işığa da, hətta Yaradanın özünə də qısqanırdım o anlar...
...Sonrasını özünüz düşünün də...

P.S. Məmləkətə qayıdandan sonra onu qəsdən unutdum: çünki xoşbəxtlik - sevincli anlar nə qədər qısa olsa, bir o qədər zövqverici və insanıyaşadıcıdır...

Rusiya, 10.08. 2011

Комментариев нет:

Отправить комментарий