"Çərçivəsiz" ədəbi qrupu
İmkanlar məhduddur.
Çox məhdud.
Lakin ürək bacarmır.
Hisslərim bulud bulud
Hər kəs məni qınayar,
ən murdar məxluq deyər.
Ama sənsiz də qalsam
Mənə kim verər dəyər.
Məni kim sevər axı,
Belə dəlicəsinə.
əyər çökməsəm hər gun
həsrətin sinəsinə.
Bu şeiri deyə-deyə gözlərim ulduzları axtarırdı. mən həmişə özumə yer tapa bilməyəndə şeir oxuyar,sonu bilinməyən kəşkəşana baxardım.xəyallarım ulduzlar qədər parlaq olmasa da yalqiz və tənha görunsələr də onları elə ulduzlar qədər sevərdim.İnci kimi səmaya duzulmuş ulduzlara baxarkən xəyalən də olsa surət yığıb oralara uçmaq istəyirdim.Lakin yığdığım surət birinci kosmik surətdən belə az olduğundan,ancaq,öz xəyallarımın orbitində dövrə vurub qalırdım...
Eh,namutənahi arzular insanı lap əldən salır,hətta,üzünü qırxmağa,başını daramağa,səliqəylə ütülənmiş şalvar və köynək geyib küçəyə çıxmağa belə vaxt tapa bilmirsən.yaşamaq mənim kimilər üçün elə ancaq arzulamaq deməkdir.dənizdə yaxta,xüsusi helikopter,heç olmasa,son model roul roys(bəlkə,heç adını da düz bilmirəm)və bu kimi neçə-neçə xırda-xuruş arzular...
o qədər xırda-xuruş ki,bunlara nail olmaq üçün heç cəhd belə etmirəm.
Mənim bir qonşum var.adı İlkindir.Ağıldankəm olsa da bütün növ pullardan xəbərdardı.
Daim küçədən keçənlərdən pul istəyir,pul verməyənlərdən ən azı bir siqaret qoparır.bəzən bəxti gətirmədiyi anlar da olur,nə pul ala bilir nə də siqaret...Əvvəllər bazarda fırlanardı, lakin, qaraçılarla bazardakı toçkalar uğrunda apardığı amansız mübarizədən sonra məğlub olan İlkin bir daha bazara üz tutmadı.qaraçılar yığışıb bazar müdirliyinə şikayət etdilər,hətta,öz dediyinə görə,pul pasıb onu bazardan çixartdırdılar.(axrıncı sözün oxunuşunda yaranan müvəqqəti çətinliyə görə,üzr istəyirəm)sözüm onda yox,bir dəfə bu İlkinlə oturub dərdləşirdik.yanımızdan xarici növ maşınlardan biri keçəndə mən dərindən köks ötürdüm,ardınca bir xeyli baxdım,
bütün kədərimlə baxdım,sanki,ən əziz və doğma bir insanla vidalaşırdım.bu vaxt İlkin –Mibağır -dedi (O,mənə belə deyirdi) həyatda belə mənasız şeylərə baxıb vaxt öldürməkdənsə 5-6 yaxşı dost qazan, sən öldükdən sonra cəsədini yerdən götürən olsun –dedi.Bu vaxt sanki,məni 50 voltluq cərəyan vurdu,bədənim birazca gizildədi.haqlısan-dedim,lakin kənddir. Onsuzda hec kim evində qalmır öldükdən sonra, bizlərdən iraq itə qiymət verməsələr də,tarixən itin yiyəsinə qiymət verən tapılıb dedim. O, yerdən tapdığı siqaret kötüyünü ağzına qoyub, ( əgər mən siqaret çəksəydim buna imkan verməzdim) bilirsən nə var dedi: həyatda it olaqdansa it kimi gəbərmək daha yaxşıdır, hə bir də əlində itin sahibi olmaq kimi imkan varsa niyə də olmayasan dedi. Mən bu ağıldankəm insanın arıq, lakin ən məşhur rəssamların belə çəkərkən aciz qala biləcəkləri üz cizgilərinə baxıb, heyrətlə: “ İlkin, itin sahibi olmaq boyük məsuliyyətdir, əgər, bu it kimisə qapdı ilk növbədə sən söyülürsən, günahı sən daşıyırsan, çünki, yaxşı tərbiyyə etməmisən” – dedim.
İlkin gözlərini məndən çəkib hardasa uzaqlara, ulduzlar qədər uzaqlara baxırmış kimi “ nə qədər hörmətli sahib olursan ol, itin nəyinki insana, hər hansı bir pişiyə ağız atmasa belə söyüləcəksən, çünki, sən insansan” – dedi. Hətta “ peyğəmbərləri də söyənlər olub” dedi. “ən əsası sən it saxlayırsan deyə söyüləcəksən” dedi. “ ilk söyən insan birinci öz doğmasını söymüş, ilk aldadan insan birinci olaraq öz doğmasını aldatmış, ilk oğru birinci öz doğmasından oğurlamış və nəhayət ilk qatil birinci öz doğmasını öldürmüşdür, çünki, biz bütün bunlara məhkum edilmiş insanıq” dedi. “ məncə tanrı şeytanı öz dərgahından qovmaq məqsədiylə insanı yaratdı” dedi.
Tanrının mərhəməti və rəhməti qədər qəzəbi də sonsuzdur. Əlbəttə, şeytanı cəhənnəmə vasil etmək üçün milyardlarla insanın cəhənnəm odunda yanması gərək imiş dedim. Yoxsa bu qələbənin ləzzəti nə olardı ki? Həə İlkin – qələbənin alt qatında məğlubiyyətin faciyyəsindən doğan bir qorxaqlıq gizlənir dedim və beləcə qəddarlıq meydana gəlməyə başlayır.
“Əslində bu qəddarlıq cəsarət şərti adı altında təzahür etməyə çalışır”dedi. Bəzən daxilən, təbiətən qəddar olan insanların özlərini məsum kimi göstərmələri məndə yəyrət doğurur dedi. Bu sənin təbiətindən irəli gəlirsə içindəki qəddarlığı zorakılıqla ört-basdır etmək, onu hər vəchlə gizlətmək nəyə lazımdır axı! Məncə belə olmaqdansa elə qəddar olmaq yaxşıdır dedi.
Mən söz tapa bilməyib hansısa bir filimdən yadımda qalan bu sözləri astaca söyləməyə başladım: “ hər şeylə maraqlanmaq çox təhlükəli narkotikdir” bəlkə sağollaşaq? Elə bu vaxt İlkinin anası Şəkərin tükürpədici səsini eşitdim “ İlkin uuuy! Gəl xürəyüü ye” İlkin hə qonşu mən gedim xörəyimi yeməyə, gedək qonaq ol dedi. Mən təşəkkürümü bildirib: “yaxşı, İlkin, imkan olsa görüşərik” deyib onunla sağollaşdım.
Комментариев нет:
Отправить комментарий