06.08.2011

Dostumun «təhqiqatları»


Rövşən Yerfi   
                                      Və ya ölkədə gedən seksual tərəqqinin gizli məqamları

           Tələbə vaxtlarından tanıdığım dostumu qəribə bir xüsusiyyətinə görə daim məzəmmətləyirdim. Hərənin bir azarı olduğu kimi onun da sevimli məşğuliyyəti boş vaxtlarında saatlarla saysız-hesabsız qızlarla telefonda çənə döyməsi idi. Cibində ovucla taksofon üçün qəpik gəzdirən, telefondan zəli kimi sallanıb qalan, danışmaqdan savayı əlindən ayrı iş gəlməyən dostuma adətini tərgitmək mümkün olmurdu. Gəl ki, o, danışmaqdan aldığı zövqdən başqa əldə etdiyi təcrübə sayəsində xüsusi qabiliyyətə yiyələnmişdi. Dostum telefonda eşitdiyi qadın səsi ilə danışanın yaşını, mənəvi səviyyəsini, xasiyyətini təqribi də olsa əksərən düzgün müəyyən edə bilirdi və yeri düşəndə öz duyumu ilə lovğalanırdı. Bu yaxınlarda uzun illərdən sonra, yenidən köhnə dostumla rastlaşdım. Artıq cavanlığından uzaqlaşan dostum telefondan əl çəksə də, şakərindən əl çəkməmişdi. Telefonun yerini kompyuter tutmuşdu. İndi də bekar qalanda tanışlıq saytlarındakı qadınların anketlərinə baxmaqla başını qatırdı. Mən iyirmi il əvvəlki qaydada yenə onu qınadım: “Ağlın olsun, əlin çatmayan, yad millətlərin tör-töküntülərinin anketlərinə saatlarını sərf etməyin mənasız deyilmi?” Dostum özündən razılıqla gülümsündü: “Yadlar ilk vaxtlar maraqlı idi, çoxdandır yalnız özümüzünkülərlə maraqlanıram...” Heç demə, o, yenə də əvvəlki qəribə “təhqiqatlarını” davam etdirirmiş. Apardığı yeni axtarışlarından birinin nəticələrini açıqlamaqla isə məni tamam heyrətləndirdi. Ölkədə başlayan seksual tərəqqini (həm də əxlaqi aşınmanı) əks etdirən, laqeyd qala bilmədiyim  bu rəqəmlər güman edirəm ki, çoxlarının marağına səbəb olacaq...
           Demək, “xəstə” dostum ötən ay şəklini qoymadan rusiyanın məşhur erotik saytlarından birində qeydiyyatdan keçməklə Azərbaycandan olan “xanımlarla” tanış olmaq arzusunu bildirib. Bu istəyindən sonra, o, hər gün iki-üç qadından tanışlıq təklifi alıb. Bir ayın tamamında isə onların sayı 72-yə çatıb. Onlardan 30-u Abşeron yarımadasını (Bakı, Sumqayıt, Xırdalan), 42 nəfəri isə yaşadıqları məkanın əyalət olduğunu göstəriblər. Xudatdan Astaraya, Naxçıvandan Qazaxa, Balakənə qədər 32 şəhəri təmsil edən 18-29 yaş arası (əsəsən 23-25) olan bu “xanımlar”, şübhəsiz, rus dilini  bilən və cinsi əlaqənin bütün təfərrüatlarından baş çıxaranlardır...Hiss olunur ki, məqsəd ciddi mənada ürək dostu, ömür yoldaşından çox, sərfəli yataq yoldaşı – oynaş tapmaqdır. Anketlərdəki – yaşayış vəziyyəti, xarici görkəm, üstünlük verilən seksual hərəkətlər bölümlərində  dostumun apardığı qeydlərə əsasən həmin 42 əyalətli “xanımın” (məlumdur ki, Bakının, Abşeronun göstəriciləri kimsəni təəccübləndirməz, ona görə mənə də əyalətdəkilərin məlumatları cəlbedici oldu) 22 nəfəri nigahlıdır, 20 nəfərinin avtomobili var (onların da yarısı nigahdadır).
         Dostum anketdə onu ən çox maraqlandıran -ustünlük verilən seksual hərəkətlər- bölümündə isə daha maraqlı nəticələr əldə etmişdir. Belə ki, həmin 42 nəfərdən 24 nəfəri anal əlaqəyə, 14 nəfəri ictimai yerlərdə, 8 nəfəri isə qrup şəklində cinsi münasibətdə olmağa razıdır. (Digər hərəkətlər təbii sayıldığı üçün açıqlamaq önəmli deyil.) Dinimizin pislədiyi, günah iş hesab etdiyi zinanın, həm də anal əlaqənin bu tərzdə populyarlaşması, cəmiyyətin cinsi əxlaqındakı böyük, qarşısı alınmaz aşınmadan, mütləq mənada qiyamətə yaxınlaşmağımızdan xəbər verir. İyirmi dörd analsevərdən 16-sı evlidir (yəni 22 nigahlıdan 16-sı), 12 nəfəri avtomobilə malikdir (yəni 20 avtomobillidən 12-si (o cümlədən avtomobili olan nigahlıların hamısı)). Nigahlılar hər cəhətdə liderlik edirlər. İctimai yerlərdə sekslə məşğul olmaq istəyən 14 nəfərdən  8-i, o cümlədən qrup halında ünsüyyətə üstünlük verənlərin  də yarısı nigahlılardır. Sevgi üçün alışıb yanan, əksəriyyəti siqaret çəkən bu “xanımların” adlarından və şəkillərindən beş-altısını xristian, slavyan, bir o qədərini də “metis” hesab etsək, yarıdan çoxu qaraqaş, qaragöz müsəlman azərbaycanlılarımızdır. Təkliflərin ardı dayanmırdı. Əgər dostum aylarla belə “yaxınlıq” təklifləri almaqda davam edərsə, sözsüz kı, yuxarıdakı rəqəmlər də uyğun silsilə ilə artmış olacaq...
        Nəticələri ilə tanışlıqdan nə qədər heyrətlənsəm də  təhqiqatına görə dostuma heş nə demədim. Xasiyyətini bildiyimdən əmin idim ki, qiyməti 4 manatdan az olmayan sms göndərməməyin dərdindən o qadınların biri ilə də olsa tanışlığı yoxdur, sadəcə özünəməxsus hobbisindən, qeyri-adi araşdırmalarından zövq alır. Əyalətdə yaşayan rusdilli “xanımlarımız” içərisindəki seksual yüksəlişin aylıq  göstəriciləri kimlərəsə əhəmiyyətsiz görünə bilər. Seksual təbiətli qadınlar yerindən və zamanından asılı olmayaraq həmişə olub və olacaq. Maraqlı cəhət onların internet vasitəsi ilə özlərini çəkinmədən ifadə etmələridir. Belə fəallıq yaxşıdır, ya pisdir? Cavab tapmaqda çətinlik çəkirəm. Bu tərzdə inkişaf bizi hara aparıb çıxaracaq? Söhbət cinsi azlıqlardan yox, xarici dil bilən, özlərini müstəqil hesab edən “xanımlarımızdan” gedir. On il əvvəl kimsə rayonlarımızdan olan belə tanışlıq anketlərinə rast gələ bilərdimi? On-onbeş il sonra bu baxımdan (xüsusilə belə analardan törəyənlərdən) bizi daha hansı sürprüzlər gözləyir?..
       Həqiqətdir ki, cəmiyyətdə heç nə boş yerə baş vermir. Qısası, sözümün sonunda hamını Qurani Kərimdə danışılan yer üzündən silinmiş tayfalar barəsindəki əhvalatları xatırlamağa və sadalanan faktları nəzərə almaqla gələcəyimizi düşünməyə dəvət edirəm...

Комментариев нет:

Отправить комментарий