“Tanıdım Səni” verilişi növbəti dəfə tanınmaz hala düşdü
"Tanıdım səni" verilişinin nümayəndələri Sabirabad rayonunda çəkiliş apardığı zaman rayonun bir qrup gəncləri dava salıblar.
AZXEBER.COM-un “Tia.az”a istinadən verdiyi xəbərə görə, davaya səbəb verilişin aparıcısı Zaur Baxşəliyevin xoşagəlməz hərəkətləri olub .
Polis Şöbəsi məlumatı təkzib etsə də, rayon sakinləri məlumatı təsdiqləyir. Belə ki, dava zamanı 2 nəfər bıçaqlanıb. Bıçaqlananlar rayon xəstəxanasına yerləşdirilib.
Xatırladaq ki, “Tanıdım səni” verilişinin əməkdaşları Masallıda olan zaman da qalmaqal yaşanmışdı. Həmin vaxt aparıcı Zaur Baxşəliyev və müğənni Faiq Ağayev döyülmüşdülər.
Xatırladaq ki, “Tanıdım səni” verilişinin əməkdaşları Masallıda olan zaman da qalmaqal yaşanmışdı. Həmin vaxt aparıcı Zaur Baxşəliyev və müğənni Faiq Ağayev döyülmüşdülər.
Комментариев нет:
Отправить комментарий