21.10.2011

AYO polemikasına Cavidan da qoşuldu


Cavidan
                    Mən AYO – çu olmasam da…
Xanımın imzasını ilk dəfə gördüyüm əyalətdə yaşamağıma görəmidir, yoxsa bu onun ilk işimidir, deyə bilmərəm.
Hər halda mən özüm əyalətdəki evimdən kənara çıxmaya-çıxmaya AYOçuları uzaqdan və virtual da olsa tanıyıramsa, onları hərdən də olsa baxdığım TV verilişlərində görürəmsə, “Alatoran”ın demək olar ki hər sayını Rasim Qaraca evimin ünvanına, eyni zamanda e-mail ünvanıma yollayırsa, Şəms İllallahın “10 yaşlı AYO “Yaquar yerişli zaman” almanaxının çap olunduğu gündən bu günə qədər ancaq və ancaq Bakıda məhdud çevrəyə malik oxuculara ulaşa bildi. Əyalətlərə isə heç çata bilmədilər, baxmayaraq ki, hətta bir çox AYO-çular televiziya proqramlarında da özlərini tanıtdırmaq imkanları əldə etmişdilər.” fikrinə qarşı çıxmaq haqqım var, düşünürəm.
Və elə bu dərgidən ilk dəfə imzalarını və əsərlərini oxuyub tanıdım əyalətlərdə, hətta Güney Azərbaycanda yaşayıb yaradanlarımızın neçəsini və neçələrini!
Amma…
Bu, mənim çağdaş ədəbiyyatımızla maraqlanmağımın nəticəsi idi, mən axtarmasam, mən izləməsəm, bölgəmdəki minlərlə qadın kimi nə AYOdan xəbərim olardı, nə oradakı imzaların yaxşı və pis, zəif və güclü əsərlərindən.
Bəli, AYO çağdaş Azərbaycan ədəbiyyatının yeni, alternativ, inkarçı, üsyançı ədəbiyyatını yaratmaq üçün qalxdı.
İlk fədailər həmişə qurban gedirlər axı, bilirik!
Amma gəlin inkar etməyək!
İnkar etməyək ki, bir gün bizi də inkar etməyə qalxmasınlar bizdən min arşın aşağıda dayananlar…
Mən AYOçu deyiləm, Rasim bəyin yaradıcı heyətə dəvət təklifi də olsa belə, daha azad və daha rahat yazmaq istəyim imkan verməyib qurum daxilinə üzv olmağa.
AYOnun bircə səhvi oldu: “İnkar mübarəkdir!”lə razılaşıb, bir gün özünün də inkar ediləcəyini gözə almamaq.
P.S.
Adam özünü saymamazlığa da qoya bilər, adam zəif yazanların içində özünü şedevrlər yaradıcısı da görə bilər, adam özünü paytaxtda, AYOda, AYBdə, daha nə bilim harada hesab edə bilər, adam lap özünə Avropa törəməsi, lənət Şeytana, məsələn, elə Cavidana kəndçi, çuşka deyə bilər…amma adamın üzündə də, sözündə də bircə damcı da olsa ədəbiyyat olmalıdır axı, həya cəhənnəm!
Ədəbiyyatımızı yaşatmaq, ona yeni ruh, yeni güc və yeni həyat vermək üçün hər birimiz harada yaşamağımızdan və hansı qurumda olmağımızdan aslımı olmayaraq AZAD olmalıyıq ruhən,qəlbən və biz yazarların ətrafına yığışacağımız tək ocaq da elə Azərbaycan Ədəbiyyatı olmalıdır, bu ədəbiyyat isə hər birimizin ürəyində, beynində, yazdığı və yazacağı əsərlərdədir, başqa heç nədə, heç yerdə deyil.

Комментариев нет:

Отправить комментарий