Salam Sarvanın Elnur Astanbəyliyə “küçə söhbəti”: “DIRNAQ İŞARƏLƏRİ VƏ BARMAQ İŞARƏLƏRİ”
P.S. Oxucular bilirlər ki, bu, mənim yazı üslubum deyildi. Mən Elnurla onun öz “üslubunda” danışdım.
Kuzmanın “Həvəskar mühəndislərə məsləhət” əsərində belə
bir yer var: “Sol ayağındakı axsaqlığı gizlətməyin ən asan yolu sağ ayaqla da axsamağa
başlamaqdı. Bu halda səndə əyilərək irəliləyən dəniz canavarının görkəmi alınacaq”.
Ə, əxlaq polisi, sənin “quracağın Azərbaycanın” əxlaqı bu olacaq? Onda mən bəri başdan səninkimilərin quracağı o Azərbaycana tüpürürəm.
Yumurtlamalısan, başqa yolun yoxdu.
Sifətin ütüyə çevrilməsi pis şeydi – tüpürcək də
götürmür ki, tüpürəsən.
Bu adam 5-6 il
qabaq da mənimlə bağlı hikkəylə dolu yazı yazmışdı. Həmin ərəfədə üz-üzə
gəldiyimiz zaman Elnurun necə çaşqın bir hala düşdüyünü, tir-tir titrədiyini
yadıma salanda indi də qəribə hisslər keçirirəm. O təsadüfi
qarşılaşmanın şahidi olan gənc yazarlardan biri zarafata salıb itin qorxutması
və qorxmasıyla bağlı məşhur bir məsəli deyəndə Elnur sözün həqiqi mənasında
hırıltıyla ötüşdü.
Gəlin belə
fikirləşək: Elnuru titrədən mənim ona tutaq ki, “niyə təhqir yazırsan?”– deyə
irad tutacağımdan yana qorxu deyildi, sadəcə içində özü də bilirdi ki,
nahaq iş görüb və bu səbəbdən də vicdanı əsirdi. İçində əsə-əsə də olsa vicdan
qalmış adamın yazı yazanda hər cürə namərdliyə məcbur olmasının izahını hələ də
tapa bilmirəm.
Kinodakı
“qəhrəmanlar”ın əttökən bir yekəbaşlığı var – onlar “ölümün üstünə gedəndə” çox
lovğa, pafoslu, bayağı görünürlər.
Bu mənada, Elnurun
qəzet köşələrindəki “cəsarətinin” düşük görünməsi, həssas Oxucular arasında
lağ-lağı obyektinə çevrilməsi, anlayan adamları iyrəndirməsi başadüşüləndir.
Çünki o yazıların arxasında xarakter dayanmır, əksinə bu qara-qışqırıqlar
özünəşübhədən, canındakı hazır qorxuya süni təhlükə situasiyaları uydurmaqdan
yaranan eyforik çığırtıları xatırladır.
Kuzmanın “Həvəskar
mühəndislərə məsləhət” əsərində belə bir yer var: “Sol ayağındakı axsaqlığı gizlətməyin ən asan yolu sağ
ayaqla da axsamağa başlamaqdı. Bu halda səndə əyilərək irəliləyən dəniz
canavarının görkəmi alınacaq”. Bu vələdüzna neçə
illərdi ki, mənəvi şikəstliyini “dəniz canavarının” görkəmiylə nəinki
ört-basdır eləyib, hətta səmimiyyətindən sadəlöhvlük kimi istifadə olunan
müəyyən təbəqəni aldatmağa da nail olub.
Tutaq ki
ədəbiyyatdakı və ya həyatdakı uğursuzluq istənilən adamda komplekslər yarada
bilər. Məhz adamların da fərqi bu kompleksləri necə ifadə etməklərindədi. Bu
komplekslərlə adam özünü tale qarşısında qürurlu da apara bilər, özünü ləçər
yerinə də qoya bilər.
Düzü, ömrümdə Elnur
Astanbəyli kimi aferist görməmişəm. Şərəf məsələsində hansı payın yiyəsi olasan
ki, onun-bunun üstünə, guya, ölümün üstünə gedən kimi “cəsarətli yazılarla” və
eyni zamanda ağır xəstəlik haqqında həkim kağızıyla bərabər gedəsən: “xəstəyəm,
mənə dəyməyin, ölərəm”. Bu nə miskinlikdi, bu nə riyakarlıqdı, döyüşkən ruhun
bədəni omamalıdı e, a bala.
Amma bu KEÇƏL
çəmini yaxşı tapıb ha: özündən dissident yaratmaq istəyirsənsə, insident yarat.
Ə, fırıldaq, kimə
gəlirsən? Kim özünə sığışdırıb sənə deyər ki, Elnur, bizi tənqid eləmə və ya
sənin kimi ədəbiyyatda istedadsız və diletant birisinin tənqidi kimi narahat
eləyər? Sadəcə sənə hərdənbir deyilir ki, atan yaşında adamlara qarşı
yazılarında təhqiramiz notlardan istifadə eləmə. Necə ki bir küçə uşağı
səninkimilərinin atasının qarşısını kəsib, məsələn, çənəsinə bir çırtma vuraraq
“Ə, Məmmədalı, ə, fışdırığın gəlsin” desə, bu hətta özünü abırsızlığa qoymuş
səninkimilərin də xoşuna gəlməz.
Adama neçə dəfə
deyərlər ki, rəsmi mövqe qazanmış ədəbiyyat adamlarının hamısına ucdantutma
tipik “məmura nifrət” kompleksiynən yanaşmaq doğru deyil. Onların içində bütün
mənalarda fərqli yazarlar var ki, belə adamlara vicdanla yanaşmaq
lazımdır.
Dostlardan biri
danışmışdı: “Avtobusda yanımda
oturan bir xanımdan səmimiyyətlə saatı soruşanda, o, “bu dəyğa səni polisə
təhvil verrəm” dedi. Şərə, şantaja, qara-qışqırığa hazır “stoykada” dayanmış bu
“xanım”dan mən sonradan kişilərin də içində gördüm”.
A bala, “Azadlıq
radiosu”na, onun “Oxu zalı”na, onun da Rövşən Qənbərovuna kim nə dedi axı?
Sadəcə, izah eləməyə çalışdıq ki, ədəbiyyata siyasi deyil, ədəbiyyat
meyarlarından yanaşmaq lazımdır. Bunun harası linç idi ki? Adi bir ədəbiyyat
polemikasını linç hesab eləmək şüvənliyi salırsansa, sənin həmin avtobusda
saatın soruşulduğu həmin arvaddan nə fərqin oldu?
Hərçənd məntiqlidi: balaca adamların boyu qurşaqdan aşağı vurmağa
çatar.
Bax belə-belə
şeylərə görə Astanbəylinin köşə “cəsarəti” gülüş obyektinə dönüb. Əlində balaca
bir köşə ola-ola camaatı asıb-kəsən adam hakimiyyəti despotluqda itiiham
eləyəndə, Rəhman Bədəlov, Niyazi Mehdi, Zeynal Məmmədli kimi adamları “bir jek
müdirinə mıkk etməyə cəsarəti çatmayan” adamlar adlandırıraq Oxucunu
aldada-aldada hakimiyyəti yalançılıqda suçlayanda, adama ancaq gülərlər,
hoydu-hoyduya götürərlər, vedrə bağlayarlar. Ə, əxlaq polisi, sənin “quracağın
Azərbaycanın” əxlaqı bu olacaq? Onda mən bəri başdan səninkimilərin quracağı o
Azərbaycana tüpürürəm.
Özü də, “mıkk”
eləmək nə böyük şeydi ki, ay görməmiş? Camaat ədəbiyyatda da, cəmiyyətdə də
“mıkk” eləyəndə sən hər ikisində qoşma moşuçuluğuynan məşğul idin.
Adama neçə dəfə
deyərlər ki, Elnur, burnunu hər yerə soxma. Bircə misra şeir yazmayan sənin axı
ədəbiyyat haqqında söhbətlərlə nə işin var? Yapışdığın o bəsit arqumenti də
tulla getsin ki, guya yumurtanın dadı haqqında danışmaqçün yumurtlamağa ehtiyac
yoxdu. Ay sən öləsən, bu o halda doğrudu ki, ədəbiyyat haqqında Oxucu kimi
danışasan. Yox, əgər sən qıcqırmış bayatılarınla ədəbiyyata da iddialı kimi
danışırsansa, onda mütləq yumurtlamalısan, başqa yolun yoxdu.
Hərçənd günah
Azərbaycandakı beş-altı istedadlı adamlardadı ki, abırlarına qısılıb sənin kimi
tör-töküntülərin bir suçu naşılığıynan ədəbiyyatda da meydan sulamasına imkan
veriblər.
Camaatı niyə
aldadırsan, ə, dılğır. Özünçün uydurduğun saxta cəfakeş obrazını iki dəqiqəyə
dağıdaram.
Nə isə… Sifətin
ütüyə çevrilməsi pis şeydi – tüpürcək də götürmür ki, tüpürəsən.
P.S. Oxucular bilirlər ki, bu, mənim yazı üslubum deyildi. Mən Elnurla onun öz “üslubunda” danışdım.
Salam Sarvan
Комментариев нет:
Отправить комментарий