Zaur Qəriboğlu: "Elələri var ki, bu günə qədər ortalığa bir əsərini belə qoymayıb, ancaq Anarı, Elçini söyməklə özlərini cəmiyyətə sırıyıblar"
AYB üzvü, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, yazar Zaur Qəriboğlu ilə müsahibə
- Zaur bəy, postmodernizm nədir və onu ədəbi cərəyan hesab etmək olarmı?
- Əlbəttə olar. Mən indi burada sizə postmodernizmin nəzəri tərəflərindən danışmaq istəmirəm. çünki əslində dünyada da heç bir alim, filosof hələlik bu dalğanın doğru-düzgün tərifini verməmişdir. Fəqət, bu cərəyan var və bəzi müasir dünya ədəbiyyatında bu cərəyanı görə bilirik.
- Bizdə təqdim edilən postmodernizmlə fransa postmodernizmi arasında oxşar cəhətlər özünü göstərirmi?
- Ümumiyyətlə, mən bizdəki postmodernizmi anlaya bilmirəm. Məgər postmodernizm bir romanda eyni cümlənin bir yana dursun, eyni fikrin təkrar-təkrar yazılmasıdırmı? Bu deyil. Zənnimcə, biz hələ tam olaraq bu cərəyanı qavramamışıq. Bu üzdən də digər ölkəylə müqayisə etməyə dəyməz. öncə öyrənək, sonra müzakirə edək.
- Bəs küçə sözlərini ədəbiyyata gətirmək nə qədər düzgündür və belə sözlərlə oxunaqlı ədəbi əsər yaratmaq mümkündürmü?
- Şəxsən mənə görə, hansısa bir ədəbi əsərdə müəllif dilindən küçə sözlərinin yazılması tərbiyəsizlikdir. Amma bu o demək deyil ki, yazmamalısan. Ədəbiyyat həyatdı. Həyatı isə oxucuya olduğu kimi təqdim etməlisən. Bu üzdən də hansısa əsərdə obraz dilindən söyüş verilməsi normal haldır və bunu bizdən öncəki ədəbi nəslində əsərlərində görə bilərsiniz, həmçinin mənim romanımda da obraz dilindən söyüşlər var. Amma yenə də deyirəm, müəllif dilindən söyüşün verilməsi, bu artıq müəllifin səriştəsizliyindən və qeyri-peşəkarlığından xəbər verir ki, başqa onu əvəz edən bir söz tapa bilmir ki, ağzına gələn küçə sözlərindən istifadə edir.
- Bu cərəyanın davamçılarının tənqid hədəfləri yaşlı şairlər, yazarlardır. Onları ədəbiyyata heç bir xeyri, dəxli olmayanlardan hesab edirlər. Doğrudanmı, yaşlı nəsil yeni ədəbi əsərlərin yaranmasına, xüsusilə gənc yazarların ədəbiyyat meydanına daxil olmasında "maneə baryeri"dirlər?
- Bildiyim qədəriylə, dünənə qədər yaşlı nəsli söyənlər artıq bu gün barışıq təklif edirlər. Mən bu riyakarlığı sevmirəm. Əgər sonunda belə edəcəkdinsə, niyə əvvəldən ağzına gələni danışırdın?! Əslində, mənə görə, bu da onların taktikaları idi. Mən bunu hamısına aid etmirəm. çünki onların arasında istedadı və konkret olaraq yaradıcılığı göz önündə olan yazarlar var. Fəqət, aralarında o adamlar da var ki, bu insanlar bu günə qədər ortalığa bir əsərini belə qoymayıb, ancaq Anarı, Elçini söyməklə məşğul olub, özlərini bu yolla cəmiyyətə sırıyıblar. Bizim də bir maraqlı xüsusiyyətimiz var, əgər birisinin ortalıqda heç bir əsəri yoxdusa da, sadəcə, bir köşə yazarıdır və köşələrində də yaşlı nəsli söyürsə, həmin adamı dərhal şişirdib, ondan yazıçı düzəldirik. Hansı ki, bu adamın ədəbiyyata heç bir dəxli yoxdu. Bu adamlar - yenə də deyirəm, bu fikrim onların hamısına aid deyil. Onların içində çox istedadlı imzalar var ki, mən onları çox böyük zövqlə oxuyuram. Məsələn, Aqşin Yeniseyin şeirlərini, Nərmin Kamalın, Günel Mövludun yazılarını və s. - Bu adamlar, sadəcə, qalmaqalla özlərini ədəbiyyata sırıdılar. Amma bu da müvəqqətidir. Bu gün hay-şüvənlikləri ilə üzdə ola bilərlər, amma bir neçə ildən sonra daha onların söydüyü yaşlı nəsil olmayacaq və onların da gündəmə gəlmə mövzuları bitəcək. Həmin vaxt mətn lazım olacaq, onda da ortalıqda mətn olmayacaq.
- Yazarlarımızın hansısa siyasi proseslərin içində olmasına necə baxırsınız? Bəzən deyirlər ki, yazar siyasətdən kənarda durmalıdır. Hətta bəzən sizin özünüzü də hansısa siyasi partiyanın üzvü olmaqda ittiham edir və bunu belə əsaslandırırlar ki, "Qaragünün Ağgün vəkili" romanınızda və mətbuatda gedən yazılarınızda müxalif fikirlər özünü göstərir.
- Mənə görə, yazarın partiyası olmamalıdır. Əgər yazarın partiyası oldusa, demək, həmin vaxt da onun yazarlığı bitdi. Yazar hər zaman neytral mövqedə dayanıb, gördüklərini yazmalıdır. Yazar olan şəxs bir şeyi də dərk etməlidir ki, biz həm də öz dövrümüzün tarixini yazırıq. Bu gün müxalifətdə olub iqtidarı söyməklə, iqtidarda olub, müxalifəti söyməklə tarix yazılmaz. Zaman keçdikcə bu lazımsız, şəxsi mənafedən yazılan əsərlər tarixin arxivində yandırılacaq. Qaldı mənə deyilən ittihamlara, sizə deyim ki, "Qaragünün Ağgün vəkili" romanı seçki saxtakarlığından bəhs etsə də, əslində orada bütöv bir cəmiyyətin problemi var. Amma bu o demək deyil ki, əsərdəki Qaragün şəhəri Azərbaycandı, yaxud da başqa hansısa bir ölkədi. Yazıçı ümumbəşəri yazır. Həmin romandakı problemlər bu gün başqa ölkələrdə də var və bəlkə də Azərbaycandan da çoxdur. Mən xüsusi olaraq vurğulamaq istəyirəm ki, mən nə müxalifət, nə də iqtidar partiyalarının heç birinin üzvü deyiləm. Mənim üçün bir vətəndaş olaraq hər şeydən öndə dövlətçilik maraqlarıdır. Bəzən mən bu maraqlardan çıxış edəndə, iqtidar tərəfdə olanlar mənim müxalif yönlü, müxalifət tərəfdə olanlar isə iqtidar yönümlü olduğumu zənn edirlər. çünki içlərində bəziləri var ki, dövlətçiliyi iqtidar-müxalifət döyüşü hesab edirlər. Amma mənim üçün dövlətçilik bu deyil. çünki bu dövlətin qurulması üçün minlərlə insan canından keçdi. Bu gün mən bir vətəndaş kimi istəmirəm ki, hansısa xarici qüvvələr tərəfindən bu dövlətin sabitliyi pozulsun və yenidən müstəqilliyini itirmək təhlükəsiylə üz-üzə qalsın. Mən nə müxalifət yönümlü, nə də iqtidar yönümlü deyiləm. Mən bir vətəndaşam, bu ölkədə yaşayıram, bura mənim vətənimdi. Bu vətənin dövlətçiliyinə xəyanət etməyə çalışan doğma atam, qardaşım belə olsa, mən zərrə qədər də onların zərərsizləşdirilməsinə heyifslənmərəm. çünki mənə görə dövlətçilik müqəddəs bir şeydir.
- Bu günlərdə sizin təsisçilik və baş redaktorluğunuzla yazarklub.org yeni ədəbiyyat dərgisi oxucuların ixtiyarına verildi. Sizcə, sayt ədəbiyyat məkanında öz oxucu auditoriyasını toplaya biləcəkmi?
- Dərginin yayıma başlaması çox qısa müddət olsa da, hazırkı durum bizi qane edir, artıq gün ərzində 500-dən çox oxucu dərgiyə daxil olub, yazıları oxuyur və rəylər yazaraq, aktivlik göstərir. Əgər gücümüz, imkanımız çatarsa, belə də davam edəriksə, inanıram ki, çox yaxın bir vaxtda yazarklub.org Azərbaycanın virtual məkanında öz yerini tutacaq.
Elnur Eltürk tezadlar.az

Комментариев нет:
Отправить комментарий