Həmid Herisçi
Qara ciyərləri bala-bala sıradan çıxır bizim mədəni, siyasi psevdo elitamımızın- Balaoğlan Əşrəfov, dəyərli müğənnimiz, əlini sıxır qara ciyəri üzərinə, tezbazar, becid-becid qaça-qaça özünü salır İstanbuldakı bahalı bir klinikaya, mətbuta hay salır ki, «ay millət, ciyərinizi verin mənə, xəstəyəm, axır nəfəsimdi, ölürəm axı!»Dalısıycan çox keçmir eyni azar aktyor Yaşar Nurunu keçirir öz girinə, mətbuat, qəzetlər dəyir-bir-birinə, hamı nəfəsini xırp kəsərək qara yasa batır, pıçhapıç başlayır arvad-uşaq arasında.
Qara ciyərlərimiz, bəli, cəmi iyirmicə il dözə bildi bizim indiki zıppıltılı həyatımıza. Belə isə, gəlin 20 il öncəsinə qayadaq, görək həmin vaxtlar, qara ciyərlərimizin saz zamanında nələr baş verib narahat tariximizdə, neyçün indi onun mizan-tərəzisi pozulur, ciyərlər sıradan çıxır, «balanslı diplomatiya» rəhmətə gedir, müxalifətlə iqtidarın eybəcər siam əkizləri özlərini verir «avroatlantist»lərin cərrah bıçağı altına, «avraasiyaçı»lar başını itirir, bir sözlə, siyasət dəyişir indi, ay qardaş, siyasət!
Lap eynən Baloğlan Əşrəfov, Yaşar Nurunun qara ciyərləri kimi.
Allah axırını xeyrə calasın, görəsən bu gün biz ölkəmizin xəstə ciyərini, ölümcül naxoşlamış siyasətini hansı xarici donorun bədən üzvüylə dəyişək fikrindəyik?
ALEKSANDR DÜMA MUŞKETYORLARI. Azərbaycan siyasi elitasındakı qəhrəmanlar,- düz anlayan məni, məcazsız-filansız, - fransız romançısı Aleksandr Dümanının dramaturji istedadından heç də geri qalan zəka sahibləri-zad deyillər- iyirmi ildən bir görüşüb öz xatirələrini yaddaşlarında dirildir, fikirləşirlər ki, daha nə etsinlər ki, gözəl əmələri-xudaya!- həm okeanın, həm Samurun o tayındakılara bu dəfə də xoş getsin.
Xülasə, Dümanın «İyirmi il sonra» romanını kitabxana taxçasına qaytarıb biz də öz xatirələrimizin pasını silək. Görək iyirmi il öncəki tariximiz yaddaşlarımızda necə dirilir.
Beləliklə, 1988-ci il, fevral ayı. Yerevanın «Teatral meydanı» axır ki, öz adına uyğun bir bir şəkildə Levon Ter-Petrosyanın «Qarabağ» komitəsinə öz geniş imkanlarını açıb. Fikirlərimizin başlanğıc nöqtəsini, əzəl mübtədasını burdan götürək, sonra gələk iyirmi il sonrasına. 2008-ci il. Yenə soyuq fevral, yenə də geniş «Teatral meydanı», yenə də səs-küylü etiraz nümayişləri, yenə həmin centlemen Levon Ter-Petrosyan… 88-in mayında onlara Siyasi Büronun üzvü «demokrat» Yakovlev göy muncuq,- üzr istəyirəm! - dəstək verirmişdi özünün Yerevan səfəriylə, bizlərə Aleksandr Liqaçov. Necə deyərlər o vaxtın «konservativ əcinnə»si. Xoxanı.
2008-də, 20 il sonra həmin hadisələr təzədən dirilir. Demokratik, avroatlantik qüvvələrlə moskvapərəst avraasiyaçılar Güney Qafqazda yenidən bir-birilərinə qənim kəsilirlər. Molla Nəsrəddinin «göy muncuq»larıyla daha kimsəni alladammazsan. Gərək seçim edək. Demək, 20 il öncəki hadisələr hələ ki, öz məqsədinə tam çatmayıb, tarixin siyasi ssenariyasını cızanlar yenidən əsərin baş qəhrəmanları olmağa tələsir, vallah.
KİÇİK HAŞİYƏ: Uzağa getməyək, təmbəllik eləməyib elə bu günlərin mətbuatını göz ataq. Qəzetlər parta-part yazır: «Bakıda «Atlantik klub» təsis edilib, təsisçilər-Sülhəddin Əkbər, professor Əli Abbasov, politoloq Hikmət Hacızadə, Mehman Əliyev, Rəhman Bədəlov, Niyazi Mehdi, Toğrul Cuvarlı Avrotlantik məkana qoşulmağın vacibliyini vurğulayaraq öz manifestlərini ictimaiyyətin diqqətinə çatdırıblar»
Azca səbr etsək, avraasiyaçıların manifestini də yaxın günlərdə eşidərik. Ancaq, məncə, bu manifesti üzə çıxarmaq hər kişinin işi deyil deyə mətbuatda səsləndirilməyəcək o.
Yaxşı kimdir bu atlantistər, hansı yuvanın quşudur, nə düşüblər ee bu avraasiyaçıların üzərinə, neyçün Bakıda bax elə indi, gözümüzün önündə müxalifət «Atlantik klub» təşkilatını yaratdı, dövlət məmurlarnın bir qismi üzünü yenə Moskvaya doğru çevirdi, deyin bilək, ürəyimiz üzüldü lap.
Məqsədləri nədir axı?

JAN PARVALESKU:KQB-QRU QARŞIDURMASI. 1989-cu ilin zəhrimara qalmış soyuq fevralında İsveçrənin Lozanna şəhərində həyat öz adi axarıyla davam etsə də, aldanmayın çox da bu sakitliyə, gözlə baxsan, hə, bu beləydi, ancaq, gərək biləsiz, həmin gün orda çox qapalı, gizli bir müşavirə də keçirilirdi «Atlantis» isimli tam məxfi «Uluslararası Metastrateji Araşdırmalar Mərkəzi»ndə. Rumın mənşəli məruzəçi məşhur konsperoloq Jan Parvalesku az saylı dinləyicilərini tam mat vəziyyətinə salıb. Mövzu belədir-«QRU qalaktikası», yaxud «Mixail Qorbaçovun gizli təyinatı, SSRİ və Avraasiya qitəsinin gələcəyi».
Havadan götürməyib ee rumın kökənli konsperoloq məruzəsindəki bilgiləri- ünlü fransız əkskəşfiyatçısı Pyer Vilmarestin «QRU- sovetlərin ən məxfi xüsusi xidmət orqanı» (Paris, 1988) kitabı Parvaleskuya imkan verib aşağıdakı nəzəriyyəni irəli sürsün:
«Ciddi ölkələrin əkskəşfiyyat mərkəzləri, diqqət edin, təkcə bir qurumla kifayətlənməyərək daha çox dublikat mahiyyətli olur- SSRİ-də bunun təzahürü KQB ilə QRU, yəni Ordu və Dövlət kəşfiyyatı çərçivəsindədir. Onlar qətiyyən bir-birinə etibar etmir, əksər hallarda hətta savaşırdılar da öz aralarında. İki zidd dəstənin bir sahədə çalışdırılaraq aralarına intriqa atılması, biləsiz, sovet idarəetmə mexanizminin tərkib hissədir-həmin zidd qüvvələr bir-birindən yuxarılara şikayətlənir, nəticədə dövlət rəsmiləri həmin sahəni daha yaxşı nəzarətdə saxlamağı bacarırlar».
Daha sonra həmin alim digər konsperoloji mülahizələr irəli sürərək lap dərinə varır, sübut edir ki, pah atonnan,QRU ilə KQB tam fərqli iki zidd ideoloqemaya xidmət edirmiş – birincisi avraasiya, digəri avroatlantik ideyasına. Tam məxfi «Avraasiya», yaxud «Şimal qütblülər» ordeni, Parvaleskoya inansaq, hələ çarizm dövründə də mövcudmuş, ancaq onun dövlət rəsmiləriylə sıx təması 1918-ci ildən başlayır- Semen Aralov, QRU-nun ilk rəhbəri, bəli, bəli, bu ordeni Qızıl Ordu tərkibinə daxil etdiyi tarixdən. 1968-ci il «Praqa baharı»nın öhdəsindən də KQB deyil, məhz QRU gəlib- «Varşava paktı»nın rəhbəri avraasiyaçı marşal Oqarkov dahiymiş öz sahəsində- məhz o, Amerika kəşfiyyatını, avroatlantistləri dezinformasiya nəticəsində aldadıb, nəticədə yenidənqurma, 1988-ci il hadisələrinin KQB tərəfindən hələ o vaxtlar dəstəklənən ilk sınağı Praqada alınmayıb.
KQB isə elə lap əzəldən, yarandığı gündən üzübəri daim avroatlantika məkanına doğru istiqamətləndiyi səbəbdən, Parvaleskoya görə, Amerika Mərkəzi Kəşfiyyat İdarəsiylə sıx təmasda olub, nəticədə hər iki bu təşkilat «konverqensiya»ya, qarşılıqlı assimilizasiyaya məruz qalıb-eyni mahiyyət, eyni quruluş, eyni amallar onları bir-birinə elə calayıb ki, nəticədə dönüb olublar siam əkizi.QRU isə, təəccüblənməyin, indiyədək öz avtaxtonluğunu saxlayıb-Lenqli cəsuslarılarıyla ikibaşlı oyunlara girməyib axı!
Kreml rəhbərliyi bunu bilib həmişə! Nyu-Yorkdakı «Azadlıq» heykəlinin uzun kölgəsini qəfildən Kreml ərazisində görər deyə, KQB-yə deyil, daha çox QRU-ya arxalanıb bütün təhlükəsizlik, informasiya məsələrində. KQB-nin adını bircə səbəbə daha çox hallandırıb ki, iz azdırsın, cəmiyyətdə alladıcı bir rəy yaratsın ki, KQB-dir, bəli, bu ölkənin istisnasız sahibi.
Əslində bu belə olmayıb heç vaxt.
Yulian Semyonov başda olmaqla yazıçı tayfasına tapşırılıb ki, haydı qələmə sırılın, hər vəjhlə Djerzinski cəngavərlərini əfsanələşdirib cəmiyyətin diqqətini tamam daşqa tərəflərə yönəldin. Onlara da ki, elə hay lazımdı palıd parketli Kreml kabinetlərindən- QRU-nun qəhrəmanları olan Ştirlitsi, Zorqeni götürüb eləyiblər KQB qartalı.

***
İnanmırsız Parveleskonun etiraflarına, deyirsiz o, növbəti başdanxarabların biridi, düz deyin, eləmi, hə? Nə var ki, şübhələrinizi dağıtmağa, çıxın əski Nərimanov xiyabanına, görəcəksiz ki, KQB-QRU qarşudurması, buyurun baxın, həmin idarələrin köhnə sovet binaları şəklində qulluğunuzda tam hazırdı. KQB-nin binası Ordu Baş Qərargahının iqamətgahıyla tam üzbəüzdür! Aradan Nərimanovun sakit ruhu keçir fəqət.
QRU ilə KQB-ni bir-birindən kimsəsiz küçə səkiləri ayırır ancaq. Xatası bizdən uzaq, əzəli düşmən kimi baxır biri digərinə.

Parveleskonun nəzəriyyəsi uluslararası « Avraasiya hərəkatı» rəhbəri, QRU generalının övladı, moskvalı Aleksandr Duqinin diqqətindən yayına bilərdimi heç? Hə, burda deyərlər «kor koru tapar», vallah. Duqin də ki, alım ağrısını, həmin nəzəriyyəni eşidincə cin atına minməsə də, konsperologiya köhləninin, hop eləyib, belinə sıçrayır, qalın cildli «Konsperologiya» əsərini yazır Parvelesku müddəaları əsasında. QRU-KQB qarşıdurmasını, avrasiyaçılarla avroatlantistlərin ziddiyətini götürüb eləyir çağdaş tarixin əzəli məsələsi, bir növ ölüm-dirim mübarizəsi. Metafizik çalarlar da qatır həmin qarşıdurmanın gözünə.
Duqinə inansaq əgər, 68-ci ildə Praqada avraasiyaçılara, QRU-ya uduzan atlantistlər qılıncı qınına qaytarmayaraq başqa hiylələrə əl atırlar, sonradan Siyasi Büro üzvü olan Yakovlev ilə xosunlaşıb birgə fəaliyyət lahiyəsi hazırlayır, işə bax sən, düz 20 il sonra «yenidənqurma» adıyla onu həyata keçirməyə başlayırlar, KQB də ki, QRU-nun acığına Andropov dönəmindən buna razıymış sən demə. 1991-92-ci illərdə vəziyyətin SSRİ-də kəskinləşdiyini bilən QRU, belə de, marşal Axromeyevin rəhbərliyi altında ölkəni atlantistlərdən xilas etmək istəyirmiş- hərbi çevriliş artıq hazırmış, ancaq atlantistlər(KQB!) onları qabaqlayaraq ortaya qondarma çevriliş nümunəsi-QKÇP-ni atır. Nəticə də QRU-nun əsl çevriliş arzusu alınmır, meydan keçir it-qurdun ixtiyarına, ölkə dağılır.
Zavallı marşal Axrameyev guya öz həyatına qəsd edir. Ssenariyaya uyğun olaraq vida məktubu da yazır ailəsinin ünvanına.
Avroasiyaçılar, zalım QRU qalır dirsəyini yeyə-yeyə.
Bax sonuncu müddəayla razılaşmaq gərək –«kor kor, kör gör», QKÇP həqiqətən, day orasız-burasız, əsl məsxərə idi ancaq.
***
Axırıncı sualım-niyə bu gün dünya mətbuatı, deyin mənə, keçmiş KQB arxiv sənədləriylə doluysa, QRU arxivindən isə –gözünüzü bərəldməyin mənə! - bircəcik kağız qırığı belə mətbuatda üzə çıxmır?
Yaxşı sualdır, eləmi?
Demək həmin təşkilatların biri verdiyi ağır itkilərə, uğursuzsuqlara rəğmən hələ ki, məğlub olmayıb. Heç adını da dəyişməyib bəzi ağzıgöyçəklər kimi.

İndi bildiz neyçün 1988-də Moskva Bakıya bir söz deyirdi, Yerevana bir başqa söz? Rəhbərlik, avraasiyaçılarla atlantistlərin əlində avara qalıb ikiyə parçanmışdı demək ki. Liqaçov-Lukyanov timsalındakı avraasiyaçılar Nazarbayevlə birgə, QRU-nun iştirakıyla, əvvəlcə Bakıya meyilli idilər. KQB( həm də Qərb) isə demokratları dəstəkləyir, atlantistlərin əsas dayağını Yerevanda axtarır, Levon Ter-Petrosyana güvənirdi o vaxtlar. Sonra Bakıyla Yerevanın yeri dəyişdi, biz atlantistlərə (Qərb dünyası, KQB-FSB), Yerevan isə avraasiyaçılara (QRU, Rus ordusu) meyilləndi. Həmin vəziyyət indiyəcən davam etməkdədir.
Fəqət onu indi dəyişmək xəyalına düşənlər də tapılıb.
Duqin-Parvelesku xəttini izləsək, 20 il sonra, indi, vəziyyət tam şəkildə yenidən təkrarlanır- atlantistlərlə avraasiyaçılar yenidən ortaya atılıblar. QRU, Rusiyanın yeni prezidenti Medvedyevin simasında keçmiş FSB işçiləriylə (Putinlə) tandemə girib üzünü yenidən qardaş sovet respublikalarına tərəf çevirir ki, görsün orda nə var, nə yox. Rus qartalının ikinci başı ayılıb mat-mat yan-yörəsinə baxır.
Duqinin «Avraasiya» saytındakı son xəbərlər də bizləri narahat etməlidir.
Onun şərhlərinə inansaq, bu ilin fevralında (Ter-Petrosyanın Yerevanda avraasiyaçılara qarşı çıxdığı vaxt!) Türkiyyədə «Erqenekon» təşkilatıyla əlaqədar həbs olunmuşlar-Fəhlə partiyası lideri, antiqlobalist Doğu Pericek, müavini Fərid Elsevər, «Cümhuriyyət» qəzeti rəhbəri Elxan Səlcuk, «Aydınlıq» dərgisi redaktoru Serxan Bolluq, general Vəli Küçük antiatlantist, avraasiyaçı qüvvələrmiş.
Duqinin saytında bu insanların bəzisi onunla bir yerdə əks olunub…
Demək ki, atlantistlərlə avraasiyaçıların savaşı özünün ən qızğın vaxtını yaşayır indi. Yerevan, Tiflis, Kosova, Türkiyyə, Bakı, Moskva, Kiyev fevraldan başlayaraq onun havasındadır sanki.
Allah bizi onun xatasından qorusun.
Avraasiya qitəsi üzərinə Atlantikadan soyuq küləklər əsir.

KQB:İRANDAN BAŞLAYAN SÜQUT. Fikri-nəzəri araşdırmalar, fəlsəfi yozumlar…bəli, indiki lənətəgəlmiş postmodern dövründə səbirsiz oxucu «yazı»ya deyil, «yozu»ya üstünlük versə də, detektiv araşdırmalara aludə olsa da, səmimi olaq, özünüz məndən də yaxşı bilirsiz, əslində dərgilərə, qəzetlərə inanmır o. Beləysə, nə edək? Görürəm Duqinə çox da inanmırsız, bəlkə öz xatirələrimizi danışaq, müstəqil araşdırma aparaq «KQB-QRU» qarşıdurması mövzusunda, bu yolla inandıraq sizləri? İran Kommunist Partiyası «Tudə»nin siyasi rəhbərliyinə daxil olan rəhmətlik atam Qafar Kəndlinin xatirilərini bölüşüm sizlərlə, görəsiz ki, papaq altında necə mətləblər yatır ee yaxın keçmişimizdə?
***
60-cı illərdə Kremllə Pekin itlə-pişiyə çevrilib başladılar bir-birini didib-yırtmağa. Sual doğur «niyə?» Necə «niyə?»-dünya inqilab qatarının surəti məsələsi, bax buna görə! İran kommunistlərin bu məsələdə azca, bir dıqqılı Pekinə tərəf boylanması, partiyada baş verən parçalanma, atamın silahdaşları İsmayıl Forutan, Həsən Bicari daxil olmaqla bəzi partiya üzvlərinin Pekinə yollanması, hə, Kremlin səbr kasasını doldurdu. Moskva «Tudə»nin Bolqarıstan paytaxtındakı «Peyki-İran» radiosunu partiya rəhbərliyi ilə qarışıq uzaq Monqolustana ( yəni, gedin ora-Pekinin yaxınlığına!) köçürmək istədi. İyrəc İskəndəri, uluslararası kommunist hərəkatı öncülü, ailəmizin yaxın dostu, Brejnevə məktub yazdı, Erik Xonekeri-Almanya Demokratik Respublikası rəhbərliyini işə qatdı,xahiş-minnət, axırda «Tudə» köçdü Şərqi Almanyaya, Drezden, Leypsiq şəhərlərinə. Şərqi alman xususi xidmət orqanı «Ştazi» tudəçiləri götürdü öz kurasiyasına ki, birdən xata-zad çıxar əllərindən, vaxsey, amanın günüdü, bir də gördün gedib Avropadakı həqiqi solçulara qoşuldular!
Tudəçilərin sözlərindən belə çıxırdı ki, «Ştazi» öz əmioğlusu KQB-dən fərqli olaraq daha namuslu, peşəkar, marksizm-leninizmə, Komintern ənənələrinə daha sadiqdir deyə, partiya öz inqilabi işini, şükür,İranda bərpa edib, orda başqa solçular da yaranıb, bir gün tez, iki gün gec, Tehranda inqilab baş verəcək, şah qaçacaq, solçularla islamçılar hakimiyyətə yiyələnəcəklər. «Ştazi» həm də tudəçiləri cəsusluğa çəkmir, sadəcə onları nəzarətdə saxlayırmış-bütün bunlarlara görə tezliklə İranda həqiqətən inqilab baş verdi1979-cu ilin yenə də soyuq fevralında.
Həə, bu vaxt KQB, nağılların qara divi kimi, asqırıb yuxudan oyandı-«Nə? İranda inqilab baş verib? Nə, islamçılarla solçuların birgə tandemi? Ola bilməz…»
Qərara alınır-«Tudə»ni daha «Ştazi»yə tapşırmaq olmaz, onlar yağlı tikəyə dönüblər, qoy köçsünlər İrana, bizim adamımız olsunlar orda, KQB-yə əlaqəyə girsinlər. Şah sarayı dağılıb, ordakı cəsuslarımız da itib, bizə Tehranda güvəndiyimiz insanlar gərəkdir!
Siyasi Büroda Brejnev, Ustinov, Suslov, Andropov başda olmaqla «İran komissiyası» yaradılır, Kreml təəccübdən gözlərini bərəldə-bərəldə İran inqilabını izləməyə başlayır, hərdən də deyir özünə-«tfu sənə, bu islamçılarla solçular hardan pırtlayıb çıxdılar ee?Yaşayırdıq daa şahla rahatcasına, cəsuslarımız da ki içlərində, ağrımırdı başımız, bu nədi, dünya inqilab mərkəzi Yaxın Şərqə neyçün keçsin ee? Kimdir ee bu iranlılar?»
Leonid Şabarşinə-Tehrandakı sovet rezidentura rəhbərinə, əmr gəlir ki, gözlə, hazırlaş, bir azdan bizimkilər Drezdendən xidmətinə gəlir.

Bax həmin vaxt-1979-un martında, Leypsiqdə «Tudə» rəhbərliyi öz növbəti konfransını keçirir.
KİÇİK HAŞİYƏ: QRU-nun məşhur kəşfiyyatçısı Rixard Zorqe öz dəftərlərində yazırdı ki, Moskva heç vaxt qardaş kommunist partiyası üzvlərini kəşfiyyat şəbəkəsinə cəlb etməməlidir-əvvəla, onlar güclü nəzarət altındadırlar, ikincisi, peşəkar deyillər, üçüncüsü…Üçüncüsü bu kommunizmə ləkədir!
Həə, QRU, bəli, bunu yazıb alnına yapışdırmışdı, öz işini qeyri-kommunistlərlə qururdu daha çox, ancaq KQB şoğərib, Zorqenin məsləhətlərinə əməl etmək fikrindən uzaq idi həmişə-nəticədə dünya kommunist hərəkatını döndərib eləmişdi bazar, alverxana. Yazıq xarici marksistlərin bütün uğursuzluqları da elə məhz burdan qaynaqlanırdı daim.
Leypsiqdən Bakıya dönən atam elə həmin gün tələsik məni küçəyə çıxardı:
-Kreml bizi «Ştazi»dən alıb KQB-yə tapşırmaq, «mühacirətiniz bitdi!» bəhanəsiylə İrana göndərmək hiyləsini qurub. Oyundu! Biz-köhnə rəhbərlik, İyrəc İskəndəri ilə birgə, istefa ərizəsini yazdıq. Kəyanuri, Ehsan Təbəri girdi oyuna, rəhbərliyə gəldilər, Moskvaya şləyəcəklər. Onların indi orda şəbəkəsi yoxdu, şah sarayındakıları qeyb ediblər, istəyirlər biz edək bu işi. – Axırda atam bircə cümləylə nöqtə qoydu məsələyə:
-Batdıq, KQB bizi satacaq. 1921,1946-cı 1951, 1956-cı illərdəki kimi. Kəyanurinin bircə təpiklik dözümü yoxdu-satacaq hamımızı! Almanlar, Erik Xoneker bunun əleyhinəydi, biləsən.
Atamın həmin iclasdakı çıxışı indi İranda çapdan çıxıb. Sonrakı hadisələr rəhmətliyin nə qədər haqlı olduğunu göstərdi. Həmin Leonid Şabarşinin təzəcə çıxmış xatirələrində açıqca yazır ki, «Tudə» rəhbəriylə necə xəlvət guşələrdə görüşürmüş o, necə Kəyanuridən lazımı bilgilər alırmış, necə naşıcasına keçirilirmiş həmin təmaslar. Şabarşinin müavini V. Kuziçkin isə, alım ağrını, Britaniya şirinə qulluq edirmiş, ay atan rəhmətlik. 1982-ci ilin 4 iyunuda o, dabanına, bir də Kəyanuriyə tüpürüb Londana qaçır, bildiklərini ötürür ingilislərə, onlar İmam Xomeyniyə, tudəçilərin kütləvi həbsləri başlayır, Kəyanuri, Ehsan Təbəri televiziyaya çıxıb Moskvaya işlədiklərini boyunlarına alırlar.
Nəticədə Kreml İran kimi çox lazımı bir ölkədə öz agentura şəbəkəsini itirir. Qalır əliyalın.
KQB-nin sonrakı bütün uğursuzluqları elə İrandan başlayıb. Sonra o, oyunbazlıq edə-edə bütün qardaş partiyaları, elə həmin Erik Xonekeri, Çauşeskonu, Sovet kompartiyasını da ya satıb, ya da ki, Lenqlidəkilərə siyasi qumarda uduzub.
Lakin, QRU-nu da xatırlayın, sovet kəşfiyyatı dublikat mahiyyətliydi, Djerzinski cəngavərləri İrandan əli ətəyindən uzun geri qayıdarkən Sovet Ordu Kəşfiyyatı iş başındaydı orda.
İngilislərə İrandakıları təhvil verən Kreml, bir başqa şəbəkəsini ehtiyatda saxlamışdı.
Əslində bütün bunlar Tehran rejiminə sonralar xeyli kömək etmiş oldu- KQB, Duqinə inansaq, həmişə atlantistlərlə sıx təmasdaydı, indiki İranda qalsaydı yenə də Vaşinqton, Tel-Avivlə alver edəcəkmiş Tehranda. Bildiklərini onlarla bölüşəcəkmiş.
Həə, bu şeytan ordan getdi, yerini ötürdü QRU-ya.
Nəticədə London, Vaşinqtondakı atlantistlər İran barəsində avraasiyaçı QRU –çularla təcrübə mübadiləsindən məhrum qaldılar.

Daha çox yormayaq sizi, məqaləmizi Moskvadan gəlmiş son xəbərlə bitirmək niyyətindəyik- rus ordusundan, gözünüz aydın, nəhayət ki, uzunboğaz çəkmə, yəni «sapoq»lar yığışdırılıb. Rusiya 19-cu əsrdənqalma uzunboğaz çəkmələri orduda saxlayan yeganə sonuncu dövlət idi. Medvedyev gələn kimi onları yığışdırıb Qızıl meydanda hərbi parad keçirdi.
Qısası, ruslar öz əsgərlərinin çəkmələrini dəyişdilər. İndi onlar da amerikalılar kimi əsgərlərinə «bot» geyindirmək istəyirlər.
Səfərəmi hazırlıq görür rusların ikibaşlı qartalı?

Комментариев нет:
Отправить комментарий