29.10.2011

Nərmin Kamalın bloqundan


Əli bəy Hüseynzadənin qəbrində yazılıb ki... Siz də heyrətlənəcəksiniz

 Azərbaycanın böyük ictimai-siyasi xadim, filosof, bayrağımızdakı üç rəngin rəssamı, böyük Turan ideoloqu, həkim, rəssam, publisist, “Füyuzat”çı kimi tanıdığı, ədəbiyyatçı Yaşar Qarayevin yazdığına görə, Yusif Akçura, Ziya Gökalp kimi türkçülərə ciddi təsir etmiş Əli bəy Hüseynzadənin Türkiyə Kocaahmet məzarlığındakı məzarının başdaşında, bəs deməzsənmi, “Tibb fakültəsi dəri professoru Hüseynzadə Əli Turan” yazılıb.

Ana lotoreyası

Bir neçə gün əvvəl Avstriyadakı həyatı araşdırarkən orada geniş yayılmış bu üsula rast gəldim. Deməli, beş-altı ana öz uşaqlarını bir yerə yığıb təhvil verirlər analardan birinə. O ana bütün günü hamısının uşağına baxır. Növbəti gün hamısının uşaqlarını yığıb tapşırırlar növbəti anaya. Üçüncü gün üçüncü ana… Belə-belə, hər biri sərbəst bir həftə qazanır. Bu bir həftədə işə gedir, dərsə gedir, kitabxanaya gedir, dükan-bazara gedir, dəniz qırağına gedir… Yüz dənə bağçadan yaxşı.
Azərbaycanda bütün həyatını uşağın dalınca yüyürməklə keçirən fədakar analar bu üsuldan görüb götürə bilərlər.

detektiv.com

Комментариев нет:

Отправить комментарий