(1)
Oxumaq dözməyə təlaş
Yazmaq müdafiə qərizəsidir.
Və bu arada şeir
Hücuma keçən bir ipək silah.
(2)
Eşq xəyal deyil amma
Xəyal kimi gəlir adama.
(3)
Uşaqları sevdinmi
Böyükləri kəşf etmişbir insansan.
(4)
Qorxularin ən böyüyü
Yalnız qalmaq qorxusu.
(5)
Hər şeir
Girəcək bir qapı çağdş zamana.
(6)
Yazan niyəsini bilməz yazmağın
Fəqət bir pəncərə gəzər
Uzaqlara baxmağa.
(7)
Gözəllik ölümdən savay bir şey deyil
Ölümü sevən eşqə üz tutar.
(8)
Könlümü ayaqlama ha...
Bu xalçanın
ilməyi,bağı,boyasi
Sevgidir.
(9)
İnsanların dərinliyi
Ucalığa bəslədikləri sevgi qədərdir.
(10)
İnsanlar varlığın alın yazısı
Heç tanrı da tanrı deyil insansız.
(11)
Birliyimiz dağların birliyidir
Içimiz od
Kökümüz qan dənizində.
Amma hər tək-təkimiz
Düşdüyümüz yerdə qalmış bir yalnız.
(12)
Böyüklüyə çatan insan
Uşaqlığın satın alır nədənsə.
(13)
Ölümün bir ışığı
Yoxsa bir boyası varsa
Onu yalnız
ölənlər anlayıb anlada bilər.
(14)
Dəyişmək istəyən yürütmə gedir
Ölüb yaşamaq istəyən,
Yalı qana batıb
Gedir işinə.
(15)
Danışa bilmədim,dinə bilmədim.
Ürəyim alma soyuldu qarşımda
əl vura bilmədim belə qabığına.
Комментариев нет:
Отправить комментарий