23.10.2011

“Altın körpü” jurnalında Mehriban xanım Əliyeva haqqında məqalə dərc edilib


Almatıda Azərbaycan, qazax, türk və rus dillərində nəşr olunan “Altın körpü” jurnalının son nömrəsində Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın hərtərəfli fəaliyyətindən bəhs edən geniş məqalə dərc edilib. Material rəngli şəkillərlə müşayiət olunur.
AzərTAc-ın məlumatına görə, jurnalın üz qapağında Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəngli şəkili də verilib.
Nəşrin ilk fəsli Azərbaycana həsr olunmuşdur. Jurnallarda Azərbaycan Prezidenti İlham Əliyevin xanımı Mehriban Əliyeva ilə birlikdə “Hilton Bakı” otel kompleksinin açılış mərasimində iştirakı və dövlətimizin başçısının həmin tədbirdəki nitqi də əksini tapıb.

Məqalənin müəllifləri jurnalistlər Ramiz Məşədihəsənli və Hökümə Xəlilovadır.
Ramiz Məşədihəsənli deyib ki, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təqdirəlayiq fəaliyyəti barədə Bişkekdə nəşr edilən “Türkel”, Almatıda çıxan “Vətən” qəzetlərində geniş yazılar dərc olunmuş, həmçinin Bişkek və Almatıda radiolarda veriliş yayımlanıb.
“Altın Körpü” jurnalı Türkiyə Respublikasının Prezidenti Abdullah Gülün 2008-ci ildə Qazaxıstana rəsmi səfəri zamanı irəli sürdüyü təklifə əsasən nəşr olunur.

Комментариев нет:

Отправить комментарий