21.10.2011

Dörd yanımız alavlanır

Bəhram Sürgün


Göyçək gül iyi boy atmadaydı sizdən
Güldanları kim yığışdırıb dəhlizdən
Son qoyma gülüm şeirə əgər imkanı var
Gəl bir dənədə rubai yaz nərgizdən

 qoç kəllərimiz hayanda gizlənmişdi
torpaq quduzun gözündə izlənmişdi
namuslarını sillələr altında görən
əllər nə yaman əsləhəsizlənmişdi

 Düş dən yazıram düşün, siz atdan qorxun
Bu qorxulu qalxanlı, həyatdan qorxun
Qeyrətli qəzəl piçaq çəkir meydanda
Can qorxusu var gəlin bu latdan qorxun

Dörd bir yanımız alavlanır bilmirsən
Köksün kimi tam könül yanır bilmirsən
illər boyu biz daş atmışıq sevgimizə
Mənlə səni də sevgi danır bilmirsən
 Düşdü qara tellərə bu ağ faciəsi
Qaldı sinəm üstündə bu dağ faciəsi
Səs dunyasına ayaq qoyanlar düşünür
Yer göyləri tərpətdi dodaq faciəsi
 Könlüm quzu tək qalıbdır əllərdə mələr
Göy güllələnir baxın siz allah bəbələr
Edam dirəyindən asılan bu qələmə
Boylandı baxa yanıb kül oldu meşələr

 Çıxmır kişilik dadı, da çıxmır sizdən
Güllə nəfəsin eşitmirəm təbrizdən
ər bayrağını ellərə pay verməliyik
atlar beli üstündə gəzən çəngizdən

Комментариев нет:

Отправить комментарий