29.10.2011

Dodaq epidemiyası


Ancaq bizdə oxuyun!

Sofya Sadıqlı Azərbaycan şor-biznesindən yazır

Samir Bağırov kişi kimi görünməkliyi

O, daha çox “qadınlığı” ilə diqqət çəkdi və “ulduz” oldu. Bunu hamı bilir. Çünki Samir Bağırovun səs imkanları Luçano Pavarottidən daha üstün olsaydı belə onu şouxanamızda əyninə geyindiyi bir tuman və ya döşünə vurdurduğu silikon qədər məşhur edə bilməyəcəkdi. Odur ki, Samir uzun, incə və zəhmət tələb edən bir yolu əzabla addımlamağdansa dünya şou-biznesində sınanmış və “uğurlu” bir yolu seçdi. O, qaşlarını naziltdi, dodaqlarını şişirtdi, əyninə arvad tumanı geyindi, əzildi-büzüldü və məşhurlaşdı. Çünki o, əzilib-büzülməyə başlayanda ölkəmizdə bu peşə hələ tin-bucaqda, gizli-gizli fəaliyyətə başlayırdı.


Samir Bağırov, Faiq Ağayev bu yarasız yolun ilk quşları idi ki, bizi gözləyən bəladan xəbər gətirmişdilər. Amma bir məmləkətin məhvini, sonun istəyənlər üçün Samirlə, Faiqin ayağı sayalı oldu. İndi itə daş atırsan arvad tumanlı, cinsiyyətcə erkək olan manıslara dəyir.
Samirin başladığı iş bu işi başlatmaq istəyənlərin ürəyincə oldu. Çünki istədiklərindən də artıq nəticə verdi. Dedim axı, itə daş atırsan, arvad tumanlı, erkək manıslara dəyir. İndi Samir yenidən gündəmdə qalmaq istəyir. Yəni şalvarını çıxarıb, tuman geyinidiyi kimi, indi də tumanını çıxarıb şalvar geyinəcəyini deyir. Yubkalı manıs qarderobunu təzələyib, özünə yeni kişi kostyumları aldığını deyib: “Kişi kimi görünmək xoşuma gəlir. Artıq dəvət aldığım verilişlərdə iştirak edəndə sırf ciddi geyimlərdə görünürəm. Modelyerlərin mənim üçün hazırladıqları geyimlərdən bir müddət istifadə etmək istəmirəm. Dəyişiklik etmək, fərqli görünmək daim məndə mükəmməl alınır. Odur ki, gələn aydan etibarən imicini yenilənmiş Samiri görəndə heç kim təəccüblənməsin”.
O ki qaldı adıçəkilən manısın uzun saşlarına, o, hələ bu saçlara aid dəqiq fikirdə olmadığından bu barədə bir söz deməyib. Amma məncə Samir saçlarını uzadıb hörəcək və əyninə geydiyi ciddi kişi kostyumunun üstünə atacaq. Bu çox maraqlı olar, kənardan baxırsan boynu qalustuklu, əynində ciddi kostyumlu bir “kişi” gəlir. Yaxınlaşanda isə onun kostyumun üstünə atdığı uzun hörüklərini görürsən.

Nigar Camal aktrisadır?

Yadınızdadır da, Nigar Camalla Eldarın Evrovizion etüdləri. Hazırda Türkiyədə “Yaxşı Cazibə” serialına çəkilən Nigar bundan sonra da aktrisalıq etmək istədiyini bildirib: “Aktyorluq sənəti üzrə kurs keçmək və ona dərindən yiyələnmək istəyirəm. Özümü həmişə aktrisa kimi sınamaq istəmişəm”. Əslində Nigarla Eldar əsl aktyorluq bacarığını elə Evrovision finalında nümayiş etdirdilər. qabaqcadan sonu bəlli yarışmada heç nədən xəbərsizmiş kimi qışqırıb-bağırmaları onların aktyorluğundan xəbər verirdi.
Nigarın bu aktrisalığı deyəsən çoxlarının gözündən yayınmayıb. Belə ki, o, çoxlu sayda təkliflərin olduğunu deyib: “Yeni sinql yazdırmaq, klip çəkdirmək, albom buraxmaq və sair. Yaxın zamanlarda yeni klipim təqdim olunacaq. Gələcəkdə solo konsert verməyi də düşünürəm”. Hələ sən bir solo konsertə bax. İndidən bəllidir o solo konsert necə olacaq. Axı son illər dəb düşüb bizim manıslar solo konsert adıyla əsl məzhəkə çıxardırlar. Ölkədə nə qədər manıs var hamısı solo konsert deyilən o məzhəkədə fonoqramla oxuyur. Daha doğrusu ağzını açıb-yumur və dingildəyir. Bu da olur hansısa manısın solo konserti.

Bizim manısların dodaq epidemiyası

Tanınmış şoumen Kamran Həsənli ANS-in “Günəbaxan” verilişində manıslarımızı yıxıb-sürüyüb. O, manıslarmızın səhnəyə açıq-saçıq geyimdə çıxmasını pisləyib. Pisləyib ki, bəlkə abır-həyaları ola, amma nə fayda. Kamran deyib ki, müğənni cəmiyyətin güzgüsüdür. Maraqlı fikirdir. Gerçəkdən, bu belədir. Bizim şouxanamızda cəmiyyətmizin əklsidir. Şoumen Kamran fikrini belə tamamlayıb: “Cəmiyyət nə istəyirsə, onu da görür. Məsələn, Aygün Bəylər və ya Eyyub Yaqubov kimi müğənnilər hansısa tədbirə qatıldıqda bu, ajiotaj doğurmur. Əxlaqsızlığı təbliğ edən ifaçıları görən kimi, hamı onların yanına qaçır, həmin ifaçılarla şəkillər çəkdirirlər. Bunu yalnız uşaqlar yox, yaşlı insanlar da edir. Bu, nədən xəbər verir? Erotika da incəsənətdir, onu da bacarmaq lazımdır. Dünyanın heç bir yerində qadınlar, dodaqlarını bizimkilərin saldığı hala salmır”.

Üzeyir də Rəqsanədən imtina etdi

Allah eləməmiş kimi qəfil manıs Rəqsanə ilə rastlaşsam ona elə beləcə də deyərəm: “Nə gündəsən Rəqsanə. Bambılı Üzeyir də səni bəyənmir”.
Rəqsanə Space Radionun efirindən həmkarı Üzeyir Mehdizadənin onunla bir konsertdə iştirakdan imtinasını çox sərt qarşılayıb. O, deyib: “Birincisi, mən Üzeyiri müğənni saymıram! O, dünənki uşaqdır və mənim tayım deyil. İkincisi, Üzeyir əvvəlcə mənimlə konsertdə çıxış etməkdən boyun qaçırsa da, sonradan prodüserimin telefonunu “atəşə tutmuşdu” – konsertdə iştirak üçün xahişlərin sayı-hesabı yox idi. Amma bu dəfə mən onunla birgə konsertdən imtina etdim”. Təsəvvür edirsiz də Rəqsanə ilə Üzeyrin birgə konserti nə olacaqdı?
Amma öz aramızdır, Rəqsanə Röyanın da ağzının payını yaxşıca verib.
Aparıcının “son zamanlar Röya hamıdan narazıdır” sualına manıs belə cavab verib: “O kimdir ki, hamıya dərs keçir?! 5-6 mahnısı populyardırsa, bu hələ onun istədiyini danışa biləcəyi anlamına gəlmir”.
Deyəsən, Rəqsanə hələ də fərqində deyil kki, Röya keçmişdə nə edib-nə etməyib hamısı keçmişdə qaldı. Çünki o, özü demiş bu boyda ölkənin ən tanınmış beş-üç kişisindən birinin oğluna ərə gedib. Hələ də Rəqsanə anlamır ki, arxalı köpək qurd basar.

Fala baxdı-baxdı, sonra klip çəkdi

“Hamı bilir ki, sən əvvəl falçı olmusan, karta baxıb cadu etmisən”. Bunu adını klipmeyker qoyan Zöhrab Ağayev (Zorik) özünü klipmeykr hesab edən Nail Naiboğlunu rəzil edib. Daha doğrusu, Zorik olanı deyib, yəni həqiqəti: “Bu insana demək istəyirəm ki, get işinlə məşğul ol. Mən səni nə təhqir edirəm, nə də şər atıram. Hamı bilir ki, sən əvvəl falçı olmusan, fala baxmısan. Bir də ki, rejissorun özünə, geyiminə, danışığına baxanda bilinir ki, nə çəkə bilər. Sən həyatı boyu rejissor ola bilməzsən. Çünki sənin çəkdiklərin göz qabağındadır. Get elə falçılığınla məşğul ol!”
Zorik daha sonra deyib ki, təqdimetmə mərasimi ötən həftə Gənc Tamaşaçılar Teatrında təşkil olunan “Zivədəkilər mükafatı”ı Nail Naiboğlu tərəfindən pulla satılır: “Nail o mükafatı Mədəniyyət və Turizm Nazirıliyinin adından istifadə edib, 300 manatdan Bakı şəhərinin yarısına satıb. Yoldan keçənə də dünən mükafat verdi. Hərəyə bir adla diplom verdi. Natəvan Həbibi, Elnur, Zamiq Hüseynov, Nadir Qafarzadə, Sevda Yəhyayeva, prodüser Tolik, stilist Anar, vizajist Səbinə, modelyer Sako, biznes-ledi Ruhidən başqa qalanlar hamısı bu mükafatı pulla aldılar. Adlarını sadaladıqlarıma da səviyyə göstərmək üçün vermişdi. Çünki kimə təklif edirdi, şirnikləndirmək üçün onların adlarını çəkirdi. Qalanlar hamısı - ilin meneceri, ilin oğlan modeli, ilin qız modeli - hamısı yalançı mükafatlar idi. Mükafatları yoldan keçənə satmışdı. İlin qız modeli heç bilmir, model nədir? Həmin qız nə bir jurnalda çıxıb, nə bir klipdə çəkilib. 300 manatını verib alıb. Nail Naiboğlu Mədəniyyət nazirliyimizin adından istifadə edib mükafatı satdığı insanlara belə deyirdi: “Al bu diplomu, qoy Mədəniyyət Nazirliyi səni də görsün, tanısın”. Bu insan yoldan keçənə, yəni tanınmayan, efir görməyən birinin mahnısına “İlin hiti” nominasiyasında mükafat verir. Bircə misal çəkim, Səbinə İlyasovanı axırıncı dəfə efirdə nə vaxt görmüsüz? Şəxsən mən uşaq idim, o, efirlərə çıxanda. Səbinə xanım tanınmayan Zamiq adında bir gənclə duet oxuyub. Hansıki bu dueti heç kim eşitməyib. Nail bu duetə “İlin dueti” mükafatı verdi. Aparıcılar təqdim edəndə dedilər ki, bu duet bu il partladı. Haçan partladı, biz niyə eşitmədik? Səbinə İlyasova baxmayaraq ki, 300 manatını vermişdi, özü utandı, bu mükafatı almadı, yarımçıq çıxdı zaldan. Səidə Sultan havayı alanlar siyahısında idi. O, bütün bu biabırçılıqları görüb tədbiri mükafatı almadan yarımçıq tərk etdi. Mənə çatan məlumata görə, diplomların yarısı elə orada qalıb. Bazar da necə qatıq satırlar, eyni elə. İlin klinikası, ilin gözəllik salonu, ilin dükanı mükafatlarını da pulla satıb sahiblərin. Nail Kanalların birində kliplər yayımlanan verilişin layihə rəhbəridir”.
Maraqlıdır, bu əslində bu əslində bir gicbəsərin etirafları deyil, bu bugün ki mədəniyyətmizin faciəsidir. Yaxın outrun, yaxşı baxın!

Sofya Sadıqlı

Комментариев нет:

Отправить комментарий