29.10.2011

Anamın əlifbası


Ziba Xəlil 

Anam yalnız birinci sinfə getmişdi -37-ci idə.
Repressiyanın qızğın vaxtı.
Sonra beş qardaşın bir bacısını
qardaşları çıxarıb oturtmuştular evdə.
-“Əlifbanı öyrəndin bəsindi!
Qız uşağının məktəbdə nə işi var?!”
Anam yalnız latın əlifbasını tanıyırdı.
Latın kirillə əvəz olunanda
Anam kor kimi qaldı.
İki qərinə ötdü.
Rejim dəyişdi.
Rejimlə birgə əlifba da.
Sevindik:
-Ana sən bildiyin əlifba gəlir.
Artıq oxuya biləcəksən.
“Latın” gəlib çıxanacan anamın gözlərinin
qəzet-kitab oxuyacaq nuru qalmamışdı.
Bəlkə də çoxdan əlifbanı da unutmuşdu.
Adının baş hərfindən başqa.
Çünki imzasını onunla atardı- “G” !..

Комментариев нет:

Отправить комментарий