Hədiyyə
Bilirəm bir gün bezəcəksən,
Və gedəcəksən.
Bilirəm qısqanclığımla sıxacam səni.
Ürəyim sənin əlindədi.
Istəyirsən sıx, əz, vur, qanat, at, itir
Istəyirsən qaytar gətir.
Sənindi..
Verilən hədiyyənin halı soruşulmaz..
Burxulan ayaq tək sızlayır
Sən sıxdıqca əllərinin arasında,
Bitəcək sanma,
əzik ürəyimi daha sıxma.
Hediyyəni sevərlər ama oyuncaq tek deyil.
Bezəndə qırıb kenara atasan deye hediyyə vermədim sənə,
Hədiyyəmi geri qaytar mənə...
Yağış yusun
Yağış yuyur ötənləri keçənləri,
Qəlbimizə dəyənləri, yuyur, silir.
Yağış sevir sevgimizi
Yağış sevir ikimizi
Yaxşi bilir qəlbimizdən keçənləri
Tez-tez yağır,
Silmək üşüm qəlbi qıran ötənləri.
Tut əlimdən..
Qoyma qaçsın, qoyma uçsun, qoyma yusun
Yağan yağış sevgimizi
Qoy bir görsün qəlbimizi
Görüşərik
Gedirəm,
əimi qoynuna sarıb gedirəm.
Sevirəm, sevgimi ovcumda sıxıb gedirəm.
Bilirəm…
Sevdim seni ,söylə günahmi etdim?
Gürurumu yıxdım çolaxmı etdim?
Senin vücudunla günahı yaşadım,
Günahı sevdim.
Sənə sarıldım səninəm dedim.
Titrədi dodağım, yaş süzüldü yanaqlarımdan,
Utandım ürkdüm baxışlarından.
Öpdüm yanağını, öpdüm əlini,
Yaşadım günahı,sevdim səmimi.
Bu sevgi hissimi yoxsa günahmı?
Sevgi günah isə ona bataqmı?
əlvida demirəm olsun hələlik.
Gözlə gələcəyəm biz görüşərik.
Sevirəm
Səni çox sevirəm,
Hiss etmədiyin, bilmədiyin,görmədiyin qədər.
Bəlkə də,
civ-civimsən, əzizləyirəm, əllərimin arasındasan.
Mənimsən, qollarımın arasındasan.
Gözlərimin önündəsən
Ağlıma, yaddaşıma bağlısan.
Nəfəsimdəsən- hər içimə çəkdiyimdə səni hiss edirəm.
Içimdəsən- acıdırsan, incidirsən.
Sıxırsan,üzürsən,əzirsən bəzən,
sən mənimləsən,
nəfəsimdəsən,
məndə gizlisən.
Комментариев нет:
Отправить комментарий