Axtarma izimi yaz yağışında
Gözləmə, gələsi olmadım bəlkə,
Duman tək dağlarda itib qalmışam.
Soruşma gələndən gədəndən məni,
Qapının önündən ötəndən məni.
Mən səni tərk edib gedəndən bəri
Zülmət bir gecədə batıb qalmışam.
Kövrəyəm, zərifəm körpə quş kimi
Anasız, atasız doğulmuş kimi.
Qorxub soyuqlardan qaranquş kimi
Bir qış yuxusunda yatıb qalmışam.
Комментариев нет:
Отправить комментарий