16.10.2011

Azərbaycanlı yazarlar “Hece” dərgisində


Türkiyədə yayınlanan “Hece” ədəbiyyat dərgisində növbəti dəfə “Çağdaş Azərbaycan öyküsü” rubrikası altında Azərbaycan yazıçılarının hekayələri dərc olunub.

Azad Yazarlar Ocağından Rasim Qaracanın “Sarı Seydan”, Seymur Baycanın “Dörd romantik hekayə, Aqşinin “Aqanini Naqaniqi”, RafiqTağının “Qısa ailə xronologiyası: Xanhüseyin, Güllü, Sədəf, Alıhüseyin”, Murad Köhnəqalanın “Taksi” adlı hekayalələri Türkiyə türkcəsinə çevrilərək Hece dergisinin 46-cı Öykü antalogiyasında oxuculara təqdim edilib.

Hekayələri Ertuğrul Ertekin çevirib. 

AYO-çularla yanaşı burada Telman Bayramoğlunun "Avropalı qız" və Jalənin "Əliş müəllimin yad edilməsi" hekayələri də dərc edilib.

Комментариев нет:

Отправить комментарий