Sayman Aruz
(Tanış özgəyə ithaf)
Bu gecə kimsə mənim könlümə bir sevgi salıb
Kimsənin istiliyi məndəki yollarda qalıb
Kimsənin izlərini hiss edirəm qəlbimdə
Susuram, ağlayıram, yol gedirəm qəlbimdə!
Oturub pəncərədə “huuu” eliyib yol çizirəm
Ayrılıq fəlsəfəsin öz xəyalımda çözürəm
Oturub pəncərədə göz tikirəm mən buluda
Gözlərimdən bir ovuc göz tikirəm mən buluda.
Məndə bir dar ağacı “gəl məni sındır” çağırır
Məndə bir tənha kişi “gəl məni dindir” çağırır
Anbarın dibindəki, tənha o qolçaq kimiyəm
Tollayıb kimsə məni, baxmayaraq mən diriyəm!
Bu gecə kimsə məni addımı altında əzib,
Kimsə bol-bol içimi barmağı üstündə gəzib.
Mənə rast gəlmək olar hər küçədə, hər tində
Özlədikcə sınıram pəncərənin bətnində.
Mənə yas tutmaq üçün saçlarını yoldu payız
Bu gecə ağlayıram, ona görə oldu payız!
Mut filimlər kimidir, Tom və Ceri oynayırıq
Sevgi kartoon kimidir televiziyon beynində
Sevgi ölmək kimidir sevişməyin heynində
Sevgi yapraq kimidir, hey göyərir-hey tökülür
Sevgi insan kimidir, gah dikəlir, gah bükülür!
HƏR İŞİNDƏ UĞURLAR GÖZƏL ŞAİRSƏN.
ОтветитьУдалить