Şahbaz Xuduoğlu: Ramiz Rovşəndən əzbər bildiyim şeirlər var, Aqşindən yox
“Qanun” Nəşrlər Evinin direktoru Şahbaz Xuduoğlunun “İkidə bir” layihəsinə cavabı
Şirin çay yoxsa kəsmik? – Kəsmik.
“Niva”, yoxsa “Pajero”? – “Prado”.
Facebook, yoxsa Gmail? - Hər ikisindən istifadə edirəm, yəqin, biri digərini tam əvəz eləmir.
Kitab, yoxsa jurnal?- Maraqlı mətn oxumağa kitab, fotolara baxmağa jurnal.
Hamarkənd, yoxsa Makonda? – Kənddə doğulmaq olar, yaşamaq isə mümkün deyil. Amma Makondanı başa düşmədim.
Xərçəng, yoxsa ləvəngi? – Hamısından üstün balıqdı. Balığı sevirəm.
Antalya, yoxsa Kislovodsk? – Kislavodsk nəcisli dərədi, məncə, bütün azərbaycanlılar ora gedirlər ki, qarınlarını yudurtsunlar. Qara dənizdən Ağ dənizə maşın sürdüyümdən o sahilləri daha çox sevirəm.
Elza Seyidcahan, yoxsa Aygün Kazımova? – Heç biri.
Oxuzalı.az, yoxsa Kulis.az? – Hər ikisini daim izləyirəm. Üstəlik, “kultaz.com”, və “ann.az” saytlarını.
Ramiz Rövşən, yoxsa Aqşin Yenisey? – Hər ikisini oxuyuram. Fərq ondadır ki, Ramiz Rovşəndən əzbər bildiyim şerlər var, amma hələ Aqşindən yox.
Millətçilik, yoxsa liberalizm? – Mən təməl azadlıqlara üstünlük verirəm.
Günel Mövlud, yoxsa Sevinc Pərvanə? – Hərəsinin öz yeri var.
Lələk, yoxsa qələm? – Əlbəttə, klaviatura.
Kim Çen İr, yoxsa Jirinovski? – Heç biri.
“Blakberry”, yoxsa kompüter? – Biri digərinə mane olmur.
Soğan, yoxsa sarımsaq?– Heç biri.
“Kent”, yoxsa “Davidoff”? – Bəzən “Davidoff”.
“Real”, yoxsa “Barselona”?– Hər ikisi.
Üzeyir Hacıbəyov, yoxsa Motsart? – Hər ikisi.
Bulvar, yoxsa “Tarqovı”? – Heç biri gəzmək yeri deyil.
Cəlil Cavanşir kulis.az
Комментариев нет:
Отправить комментарий